Modern.az

Sabahın havası - yağış gözlənilir  

Sabahın havası - yağış gözlənilir   

Aktual

25 Sentyabr 2017, 12:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən 
Modern.az-a verilən məlumata görə, sentyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə  17-20° isti, gündüz  22-26° isti, Bakıda gecə  17-19°, gündüz  23-25° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  55-65 % olacaq. 

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə  15-20°, gündüz  25-30° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!