Modern.az

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə

Aktual

25 Sentyabr 2017, 12:23

“İrəli” gənclərinin də iştirak etdiyi  azərbaycanlı gənclərdən ibarət komanda  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə ölkəmizi təmsil edir.

 

Modern.az xəbər verir ki, “İncəsənətlə birləşən gənclər” (Connecting Youth Through Art: EU-EaP Summer Camp 2017) layihəsi Gürcüstan Respublikasının  Gənclər və İdman Nazirliyi tərəfindən həyata  keçirilir.  Layihədə müxtəlif ölkələrin incəsənət növləri, mədəniyyətlərindən  bəhs olunur. Hər ölkə öz mədəniyyət nümunələrini-milli yeməkləri, rəqsləri və. s  nümayiş etdirir. Gürcülərin mədəniyyət günləri də olur. Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə  Ümumilikdə 10 ölkədən 100-ə yaxın gənc iştirak edir. 

 

“İncəsənətlə birləşən gənclər” Avropa birliyinin maliyələşdirdiyi və şərq tərəfdaşlığı ölkələrinin iştirak etdiyi bir layihədir. 

 

Azərbaycanlı gənclər də öz növbəsində layihə zamanı  təqdimatlarını-Azərbaycan musiqisi, milli mətbəximiz, milli rəqslərimiz, şirniyyatlarımızı, suvinerlərimizi təqdim edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı