Modern.az

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi  

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi   

25 Sentyabr 2017, 14:13

Bir müddət əvvəl Kəlbəcərdən olan məcburi köçkün Xədicə Məmmədəliyeva üzləşdiyi problemlə bağlı  Modern.az saytına müraciət etmişdi. Müraciətdə  məcburi köçkünün yaşadığı evin onlara məxsus olmadığı və evin qəzalı vəziyyətdə olduğu əks olunmuşdu. Məmmədəliyevlər ailəsi dövlətdən ev istədiklərini demişdilər.

Xədicə Məmmədəliyeva Modern.az saytına açıqlamasında artıq ev məsələsinin həll olunma mərhələsində olduğunu bildirib.

“Sentyabrın 15-də “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun müavini bizi Bakıda qəbul etdi. Dedi ki, ağır şəraitdə yaşayan ailələrin durumunu nəzərə alırıq. Söz verdilər ki, oktyabr ayında Tərtərin Bəyimsərov kəndinə baş çəkəcəklər. Artıq ümid edirik ki, bizə ev verəcəklər. Bu zülmdən canımız qurtaracaq”.

Məcburi köçkün Tərtər rayonunda bir neçə quruma müraciət etsə də, xoş olmayan reaksiya ilə qarşılaşdıqlarını dilə gətirib.

““Dövlətqaçqınkom”un Tərtər rayon şöbəsinin müdiri Nazim Səfərov vəziyyətimizlə tanış olsa da, dəfərlərlə bizi təhqir etmişdi. Biz də bu barədə Əli Həsənovun müavininə məlumat verdik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir