Modern.az

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...

25 Sentyabr 2017, 14:21

Dünyada tanınmış iş adamları, biznesmenlər, şirkətlər ən çox sərmayəni öz ölkələrinə qoyurlar. Lakin Azərbaycanla bağlı durum fərqlidir. Xaricdə kifayət qədər iş adamlarımız olsa da, hansısa səbəblərdən ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər.  
Dəfələrlə deputatlarımız da Milli Məclisin tribunalarından iş adamlarına, biznesmenlərə, şirkətlərə səsləniblər ki, sərmayələrini Azərbaycana qoysunlar.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli məsələ ilə bağlı Modern.az-a bildirib ki, ticarətin vətəni olmur. Harada daha çox gəlir varsa,kapital ora axır.

“Həmçinin burada subyektivlik faktoru da var. Almaniya, Fransa, İran,  Yaponiya, Türkiyə kimi ölkələr öz iş adamlarına tövsiyyə ediblər ki, dövlətin inkişafı naminə kapital axınının qarşısı alınsın. Bu yaxınlarda Rusiyada beyin və kapital axınının qarşısının alınması üçün kampaniya başlanmışdı. Çünki ən böyük kapital axınına məruz qalan Rusiya olmuşdu. Bu proseslər Azərbaycanda da gedir”.

Deputat qeyd edib ki, tanınmış iş adamları, biznesmenlər, şirkətlər Azərbaycana sərmayə  yatırması üçün onlarda vətənpərvərlik hissi daha çox hakim kəsilməlidir.

“Onların arasında çox vətənpərvər adamlarımız da var. Hesab edirəm ki, insanlar sərbəst kapitalını ölkəyə yatırmalıdır. Amma kapitalı ölkəyə yatırmaqdan ötrü çəkindirici faktorlar olmamalıdır. Həmçinin, ölkədə münbit şərait, düzgün vergi siyasəti, korrupsiya və inhisarçılıq olmamalıdır, insanlar nahaqdan incidilməməlidir. Azərbaycanda orta sahibkarlığın ləngiməsi göz qabağındadır. O, təşkilatlar Azərbaycanda rahat yarana bilirlər. Amma özlərinin inkişaf etdirilməsində çətinliklər çəkirlər. Arzularımızı reallıq kimi görmək istəyiriksə, Azərbaycanda münbit şəraitin olmağı çox vacibdir. Subyektib maneəçiliklərin qarşısı alınmalıdır”.

T.Kərimli deyib ki, ölkədə iqtisadiyyatın, sahibkarlığın inkişafı üçün cənab prezident 11 istiqamət üzrə Strateji Yol Xəritəsini müəyyən edib.

“Bu xəritənin ən azı 4 istiqamətində orta sahibkarlığın inkişafı çox mühümdür. Həminin iri sahibkarlığın inkişafı üçün də münbit şərait yaradılır. Artıq iradə var ki, Azərbaycanda böyük müəssisələr açılsın, şirkətlər yaradılsın. Dəfələrlə olub ki, ölkə başçısı sahibkarlarla görüşlər keçirib. Əgər onlara qarşı hansısa maneələr varsa, dilə gətirilib dövlət başçısına çatdırıla bilər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu