Modern.az

“Qarabağ"ın “Roma” ilə oyundan öncəki son məşqi bu saatda olacaq  

“Qarabağ"ın “Roma” ilə oyundan öncəki son məşqi bu saatda olacaq   

Aktual

25 Sentyabr 2017, 17:27

Çempionlar Liqasının qrup mərhələsinin ikinci oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Roma” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək son məşqlərin  vaxtı açıqlanıb.

“Qarabağ”ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, komandamızın son məşqi sentyabrın 26-da  saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Bundan öncə "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq.

 “Roma”nın baş məşqçisi isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır