Modern.az

Hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə ilə bağlı DƏYİŞİKLİK  

Hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə ilə bağlı DƏYİŞİKLİK   

Parlament

25 Sentyabr 2017, 18:17

Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinə dəyişiklik ediləcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı Məcəllənin 48-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə görə, 48.0. Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin  məhkum olunması zamanı məhkəmə cinayətin  ictimai təhlükəsizliyinin xarakterini və dərəcəsini, təqsirkarın  şəxsiyyətini və işin digər  hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

48.0.1. Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi ilə  müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən  verilən ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün, bu barədə həmin orqana təqdimat göndərir;

48.0.2. digər dövlət təltifindən, xüsusi və ya hərbi rütbədən məhrum edilməsi barədə müvafiq qərar qəbul edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?