Modern.az

Ziya Məmmədovun səlahiyyətlərindən Heydər Əsədova da pay düşdü

Ziya Məmmədovun səlahiyyətlərindən Heydər Əsədova da pay düşdü

25 Sentyabr 2017, 18:30

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir.

 

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir