Modern.az

Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanı dəstəkləyib

Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanı dəstəkləyib

25 Sentyabr 2017, 20:43

Bu gün Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyi Krallığın yaranmasının 85-ci ildönümü münasi ətilə rəsmi  qəbul təşkil edib. Modern.az xəbər verir ki, Azərbaycanın dövlət və hökumət rəsmilərinin, millət vəkilləri, xarici ölkələrin Bakıdakı səfirliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlərin iştirak etdiyi tədbir hər iki ölkə himinin oxunması ilə start götürüb.

Tədbirdə çıxış edən səfir Müsaid İbrahim Əl-Səlim bildirib ki, 1932-ci il sentyabrın 23-də ölkə birləşdirilətək indiki adını alıb:  "Bu gün Səudiyyə donorölkələrdən biri olaraq inkişaf etməkdə olan ölkələrə 130  milyard dollardan çox yardım edib. Səudiyyə Ərəbistanı həcc mərasiminin mərkəzidir. Bununnəticəsində zəvvarların sayı 2,3 milyona çatıb. Səudiyyə krallığı dost ölkələrə xüsusi önəm verir".

Səfir bildirib ki, Azərbaycanla münasibətlər də inkişaf etməkdədir.

Səfir daha sonra qeyd edib ki, prezident İlham Əliyevin Səudiyyə Krallığına bu ilin may ayında ölkəsinə səfəri münasibətlərin inkişafına təkan verib.

İqtisadiyyat naziri Şahin Mustafayev də Səudiyyə Ərəbistanı xalqını bayram münasibətilə təbrik edib. Bildirib ki, Səudiyyə Krallığı hər zaman Azərbaycsna dəstək verib. O cümlədən Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın yanındadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu