Modern.az

Neftin qiyməti 58 dolları ötdü

Neftin qiyməti 58 dolları ötdü

İqtisadiyyat

25 Sentyabr 2017, 21:12

Dünya birjalarında neft bahalaşıb. Modern.az "APA"ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,99 faiz artaraq 51,67 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,5 faiz artaraq 58,28 dollar olub.

 

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti yanvarın 3-dən etibarən ilk dəfə olaraq 58 dolları ötüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir