Modern.az

Bu meyvə ilə ömür yükünüzü çəkən ÜRƏYİNİZİ SEVİNDİRİN

Bu meyvə ilə ömür yükünüzü çəkən ÜRƏYİNİZİ SEVİNDİRİN

Mədəni̇yyət

25 Sentyabr 2017, 21:56

Bu meyvənin ilk adı latınca “Diospyros” sözündən götürülüb. Yunan mənşəli bu söz tərcümədə “Tanrıların qidası” mənasını verir.

Özünəməxsus dadı ilə fərqlənən xurma digər meyvələrdən faydaları ilə də fərqlənir. Payız və qış aylarında orqanizmin lazımi vitamin və mikroelementlərə təmin edilməsində xurmanı əvəzolunmaz meyvə saymaq olar. Bununla yanaşı xurmanın sağlamlıq üçün digər faydaları da var.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı xurmanın faydaları haqqındadır.

Mütəxəssislərin qənaətinə görə, xurma ürəyin ən çox sevdiyi meyvədir. Gündə bir dənə xurma yemək ürək xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Bu meyvə ürək əzələlərini qidalandırır.

 

Xalq təbabətində yaraların və yanıqların sağalmasında xurmadam geniş istifadə olunur. Xurmanı kəsib zədələnmiş yerə qoymaqla sağalmanı sürətləndirmək olar.

 

Orqanizmdə dəmir defisiti zamanı xurmadan istifadə məsləhət görülür.

 

Xurma ağciyərlər və bronxlar üçün olduqca xeyirlidir. O tənəffüs yollarını təmizləyir. Xüsusilə, siqaret çəkən insanlar xurmanın bu faydasından yararlana bilərlər.

 

Xurmanı gündəlik qida rasionuna daxil etməklə qanda “pis” xolesterinin miqdarını rahatlıqla aşağı salmaq olar.

 

Sidikqovucu xassəyə malik olan xurma bədəndən artıq duzların çıxmasına kömək edir.

 

Bu meyvə reproduktiv sistemi, cinsi fəaliyyəti normallaşdırır.

 

Qan təzyiqini aşağı salır.

 

Xurma həmçinin sinir sistemini sakitləşdirir, fiziki və zehni gərginliyi götürür, iş qabiliyyətini artırır.

 

Tərkibindəki A vitamininə görə xurma gözlər üçün də xeyirlidir.

 

Uzun sürən xəstəliklərin müalicəsindən, ağır əməliyyatlardan sonra xurma orqanizmin bərpa olunması üçün faydalıdır.

 

Xurma həzmi yaxşılaşdırır. Tərkibində pektin maddəsinin olması bütövlükdə həzm sisteminə müsbət təsir göstərir.

 

Hələ qədim zamanlardan xurmadan kosmetik vasitə kimi geniş istifadə olunub.

 

Xurmanın qabığı soyulduqdan sonra bir ədəd yumurtanın sarısı ilə qarışdırılır. Üzdə olan cizvə və sızanaqlara çəkilir. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Həftə ərzində bunu bir neçə dəfə təkrar etməklə üzdə olan problemlərdən qurtulmaq olar.

 

Yağlı üz dərisi üçün isə soyulmuş xurmanı, bir ədəd yumurtanın ağını, bir çay qaşığı balı və eyni miqdarda əzvay şirəsini qarışdırıb üzə çəkmək, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazımdır.

 

Mədəaltı vəz problemlərindən və şəkərli diabetdən şikayəti olanlar xurmadan məhdudiyyətlə istifadə etməlidirlər. Ən başlıcası isə istənilən faydalı qida məhsullarının istifadəsində normaya riayət etmək lazımdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi