Modern.az

Orxan Fikrətoğlu: “Mən Vaqif Mustafayevlə işləmək üçün buradayam”  

Orxan Fikrətoğlu: “Mən Vaqif Mustafayevlə işləmək üçün buradayam”    

26 Sentyabr 2017, 13:00

Tanınmış yazıçı və aparıcı Orxan Fikrətoğlu yeni telemövsümdən “Space” TV-də fəaliyyətə başlayıb. Qısa müddətdə geniş auditoriya toplamağı bacaran "Gecə düşüncələri" layihəsinin müəllifi Orxan Fikrətoğlu “Space” TV-də fəaliyyət göstərməsinin səbəblərini Modern.az-a belə açıqlayıb:

““Space” TV-dən qabaq telekanalın prezidenti Vaqif Mustafayevi tanıyırdım və onunla birgə işləməyə gəlmişəm. Elə bil ki min ildir burdayam.Rəhbərlikdən tutmuş sıravi işçilərə qədər hamı hörmətimi saxlayır”.

Orxan Fikrətoğlu həmçinin reytinq probleminə də toxunub: “Mənim layihələrimə baxan milli azlıq Üzeyir Hacıbəyovun ilk operası zamanı zalda oturan on iki nəfərin övladlarıdır.Onu da unutmayın ki,bizi millət edən də həmin o on iki adamın düşüncəsidir.O adamlar az olduğu üçün reytinqə təsir edə bilmirlər.Yəqin ki mənə o adamlar baxacaq. Mən onlar üçün işləyirəm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir