Modern.az

Goranboyda pambıq yığımı - FOTOLAR

Goranboyda pambıq yığımı - FOTOLAR

26 Sentyabr 2017, 16:22

Hər hektardan 25-30 sentner məhsul yığımı gözlənilir 

 

Dövlət başçısının pambıqçılığın inkişafına dair tapşırığı Goranboy rayonunda da icra edilməkdədir. Ötən ildə olduğu kimi bu il də goranboylu fermerlər pambıq əkməyə üstünlük veriblər. 
 
Goranboydan verilən məlumata görə, Rayon İcra Hakimiyyətində pambıq yığımı ilə alaqədar aidiyyatı qrumların nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. İcra başçısı Nizaməddin Quliyev kəndlərdə fermerlərlə və kənd camaatı ilə görüşlər keçirilib.

 

Goranboyun Əlirzalı kəndində fermerlər ümumilikdə 100 hektar sahədə pambıq əkiblər. Kənddə pambıq yığımına nəzarətçi İsmayıl Məmmədovun sözlərinə görə, sahələrə aqrotexniki qaydada qulluq göstərilib. Onun sözlərinə görə, hər hektardan 25 - 30 sentner məhsul yığımı gözlənilir: “Maşın yıgımı ilə alaqədar sahələrdə dərmanlama işi görülüb.  

 

Hazırda sahələrdə məhsuldarlıq yuxarı səviyyədədir. Məsələn, fermer Mütəllim Qarayevin 6 hektar sahəsindən bir gündə maşınla 9350 kq pambıq yığılıb. Ümumilikdə, indiyədək Əlirzalı kəndində əl və maşınla cəmi 25 ton pambıq yıgılıb. Əl əməyindən az istifadə olmaq məqsədilə bütün sahələr, yəni əkilmiş 100 hektar sahədə pambığın maşınla yığılması nəzərdə tutulub. İxtiyar Namazov, Mütəllim Qarayev, Niyaməddin Məhərramov, Asya Səmədova və İlqar Mirzəyev kəndin qabaqcıl fermerləri kimi ad qazanıblar. Hazırda pambıq yığımı davam edir”.
 
İsmayıl Məmmədov həmçinin bildirib ki, Əlirzalı kəndində torpaq sahəsi çox olsa da, su qıtlığı ilə alaqədar maksimum pambıq sahəsi əkmək mümkün olmur:  “Ərzaidə 2 ədəd subartezian quyusu vurulsa, kənddə pambıqcılığı daha da inkişaf etdirmək olar. Rayon icra başçısı kənddə camaatla görüş keçirərkən də su məsələsi qaldırıldı və icra başçısı bu məsələnin həll olunacağına söz verdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi