Modern.az

ATV-də eks vitse-prezident həbs olunub? - DİN təkzib edir  

ATV-də eks vitse-prezident həbs olunub? - DİN təkzib edir   

26 Sentyabr 2017, 16:40

Azad Azərbaycan Teleradio Şirkətinin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub. Bunun ardından ATV telekanalının işdən çıxarılan vitse-prezidenti Rauf Dadaşovun həbsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkivniki Ehsan Zahidov Modern.az-a məlumatı təsdiqləməyib:


“Belə bir məlumatım yoxdur”.

 

Qeyd edək ki, ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı olduğu "ATV Səhər"də bəzi məmurların ünvanına səsləndirlən tənqidlər qalmqala səbəb olub. Telekanal rəhbərliyi istefaya göndərilib. Kanalın idarəçiliyi isə CBC telekanalından gətirilən əməkdar jurnalist Azər Xəlilova tapşırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır