Modern.az

Silah şirkətindən şok açıqlama: “Bin Laden donuz piyi qatılmış güllə ilə öldürülüb”

Silah şirkətindən şok açıqlama: “Bin Laden donuz piyi qatılmış güllə ilə öldürülüb”

3 İyun 2011, 13:18

“Əl-Qaidə” lideri Usamə Bin Ladenin məhv edilməsi ilə bağlı keçirilən əməliyyat zamanı xüsusi təyinatlılar donuz piyi ilə yağlanmış güllələrdən istifadə ediblər.
Modern.az bildirir ki, “Daily Mai”l qəzetinə bu barədə silah istehsal edən “Silver Bullet Gun Oil” şirktindən məlumat verilib. Şirkət bildirib ki, silah istehsalı zamanı onun yağlanması üçün tərkibinin 13 faizi donuz piyi olan yağdan  istifadə edir. Şirkət qeyd edib ki, “donuz gülləsi” ilə onlar islamçı terrorçuların cənnətə düşməsinin qarşısını alırlar.
Şirkət bəyan edib ki, onlar silah yağlanmasında donuz piyindən istifadəni 2004-cü ilin iyunundan başlayıblar.  O vaxtdan etibarən donuz piyi qarışdırılmış sürtgü yağı ABŞ-ın bütün hərbi birləşmələrinə göndərilir. “Antiislam gülləsinin” yağlanması üçün olan məhlulun qiyməti 8,95 dollardır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir