Modern.az

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ

Parlament

26 Sentyabr 2017, 16:50

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyən olundu. 

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında deyib ki, payız sessiyasının ilk iclası oktyabrın 2-də keçiriləcək. Gündəliyə 34 məsələ daxil edilib. Həmçinin, bir sıra hökumətlərarası və dövlətlərarası sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.

 


Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Modern.az iclasın gündəliyiə daxil olan məsələlərin tam siyahısını təqdim edir: 

 

“Milli Məclisin 2017-ci il payız sessiyasının  qanunvericilik işlər planı haqqında” Milli Məclisin qərarının layihəsi barədə;

 

“Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” Milli Məclisin qərar layihəsi barədə;

 

Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil əməkdaşlığı ilə bağlı sazişin təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində əməkdaşlığa dair Anlaşma Memarondumunun təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A. Nazarbayevin Birgə Bəyamnaməsinin təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişin təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi; 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərindən yayınma hallarının qarşısının alınması haqqında 16 sentyabr 1996-cı il sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında Protokolun tsədiq edilməsi haqqında;

 

“Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına qoşulması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

 

Azərbaycan Respublikasının Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişin təsdiq edilməsi;

 

GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları haqqında Protokolun təsdiq edilməsi;

Azərbaycan Respublikasının Hökuməti ilə Cibuti Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında sazişin təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında hadisələrin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişin təsdiq edilməsi;

 

Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə sazişin təsdiq edilməsi;

 

Azərbaycan Respublikasının Hökuməti ilə Laos Xalq Demokratik Respublikasının Hökuməti arasında diplomatik və  pasportlara malik olan şəxslərin viza tələblərindən azad edilməsi haqqında sazişin təsdiq edilməsi; 

 

Azərbaycan Respublikasının Hökuməti ilə Kosta-Rika Respublikasının Hökuməti arasında diplomatik və pasportlara malik olan şəxslərin viza tələblərindən azad edilməsi haqqında sazişin təsdiq edilməsi;

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik;

 

Əmək Məcəlləsinə dəyişiklik;

 

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik;

 

“İpoteka haqqında” qanuna dəyişiklik;

 

Mülki Məcəlləyə dəyişiklik;

 

“Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna dəyişiklik;

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında” qanuna dəyişiklik; 

 

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik; 

 

“Dövlət sərhədi haqqında” qanuna dəyişiklik;

 

“Polis haqqında” qanuna dəyişiklik;

 

“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik;

 

“İnvestisiya fondları haqqında” qanuna dəyişiklik;

 

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar  "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik;

 

“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

 

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;

 

“Muzeylər  haqqında” qanuna dəyişiklik;

 

 “Rəsmi statistika  haqqında” qanuna dəyişiklik;

 

 “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;

 

“Sərhəd qoşunları  haqqında” qanuna dəyişiklik;

 

“Təhsil haqqında” qanuna dəyişiklik;

 

“Heyvanlar aləmi haqqında” qanuna dəyişiklik;

 

 “Müdafiə haqqında” qanuna dəyişiklik;

 

“Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

 

“Dövlət əmlakının özəlləşdirilməsihaqqında” qanuna dəyişiklik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər