Modern.az

BƏƏ nümayəndə heyəti Bakıda seminarlar keçirir 

BƏƏ nümayəndə heyəti Bakıda seminarlar keçirir 

26 Sentyabr 2017, 16:00

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

BƏƏ-nin ölkəmizdəki səfirliyindən Modern.az-a verilən məlumata görə, Əmirliklərin Daxili İşlər Nazirliyi nümayəndə heyətinin Bakıya səfərə gəlməkdə məqsədi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları üçün seminarlar təşkil etməkdir. AZAL, Aviasiya Təhlükəsizlik İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının da iştirak etdiyi seminarların mövzusu "Aviasiya təhlükəsizliyi, BƏƏ mədəniyyəti və BƏƏ dövlətinin tarixi"dir.

 

Qeyd edək ki, seminarlar bu sahədə mütəxəssis olan 5 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir