Modern.az

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı

26 Sentyabr 2017, 20:42

İtaliyanın "Roma" futbol klubu Bakı Olimpiya Stadionunda məşq edib. Modern.az xəbər verir ki, sabah Bakıda "Qarabağ"la qarşılaşacaq İtaliya komandasının baş məşqçisi oyun öncəsi medianın suallarını da cavablandırıb. oyuna hazırlığı davam etdirir.

Baş məşqçisi Eusebio Di Françesko futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan futbolçularının hamısına şans vermək istədiyini deyib: "Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mənim "Qarabağ"a, onun tarixinə böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, çox çətin olacaq. Əlbəttə, texniki cəhətdən "Qarabağ"dan üstünlüyümüz çoxdur. Lakin hər bir oyunun nəticəsi bizim üçün əhəmiyyətlidir".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma" oyunu sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir