Modern.az

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017, 21:12

İraqın baş naziri Heydər əl-İbadi ölkənin şimalındakı kürd muxtar bölgəsinə xəbərdarlıq edib.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Ərbildən üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi tələb edib.

Əgər Ərbil üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməsə, Bağdad kürd muxtariyyəti ilə avia əlaqələri kəsəcək.

Bundan əvvəl İraqın nazirlər kabineti kürd muxtariyyətinin səlahiyyətlilərindən bölgənin bütün sərhəd məntəqələrinə, hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi, xarici ölkələrdən isə muxtariyyətlə neft sahəsindəki əməkdaşlığı kəsməyi tələb etmişdi.

Qeyd edək ki, dünən İraqın Kürd muxtariyyətində müstəqillik barədə referendum keçirilib. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir