Modern.az

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Aktual

26 Sentyabr 2017, 21:40

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və Belarusun "Minsk Traktor Zavodu" (MTZ) holdinqi əməkdaşlıq barədə strateji saziş imzalayıb. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə İstehsalat Birliyindən məlumat verilib.

Bu saziş Azərbaycan zavoduna Türkiyədə traktor istehsal etməyə imkan verəcək.

Sazişi "Gəncə Avtomobil Zavodu"nun icraçı direktoru Kamran Nəzərov və "MTZ Holdinq"in baş direktoru Fyodor Domotenko imzalayıblar.

İmzalanma mərasimindən sonra "Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev qeyd edib ki, Azərbaycan məhsulunun ixracının genişləndirilməsi dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətərindən biridir.

F.Domotenko bildirib ki, Türkiyədə traktor istehsalı ilə Azərbaycan tərəfi məşğul olacaq: "İmzalanan saziş həmçinin, Azərbaycan kənd təsərrüfatı istehsalçıları üçün yığılan traktorların satışı məqsədilə 460 "Belarus" traktor komplektinin tədarükünü nəzərdə tutur".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır