Modern.az

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı

Dünya

26 Sentyabr 2017, 22:06

Türkiyədə yeni tikilməkdə olan bina çöküb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə paytaxtı Ankarada baş verib. Paytaxtın Mamak rayonunda yeni tikilən binada çökmə olub. Uçqun binanın ikinci mərtəbəsinin betonu tökülərkən baş verib. Hadisə zamanı iki fəhlə dağıntılar altında qalıb. Hər iki şəxs xilasedicilər tərəfindən xilas edilsə də, onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür