Modern.az

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video

26 Sentyabr 2017, 22:50

Binəqədi sakini olan bir xanım bankın ondan 320 dollar əlavə ödəniş aldığını iddia edir. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hər zaman vətəndaşın banka borcu qalırdı və problemlər bundan qaynaqlanırdı. Ancaq bu dəfə vətəndaş bankın ona borcu olduğunu iddia edir. Maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Rəna Vahidovanın başına gəlib.

Onun sözlərinə görə, bank ondan 260 dollar əvəzinə 588 dollar ödəniş alıb.

 

Rəna Vahidova bildirir ki, o ödənişləri vaxtından əvvəl ödəsə də, ödədiyi pullar ödənməmiş kimi göstərilib və bank məhkəməyə müraciət edib. Nəticədə ona əlavə ödəniş kəsilib.

 

Hüquqşünas Asif Abdullayev bildirir ki, məhkəmə əgər qadının artıq pulunun alınması ilə bağlı ekspertiza təyin edibsə, bu proses bir az uzun çəkir. Və əgər sonda müəyyən olunsa ki, qadının pulu təyin olunandan artıq alınıb həmin vəsait məhkəmənin qərarı ilə həmin qadına geri qaytarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi