Modern.az

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu

Aktual

26 Sentyabr 2017, 23:24

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 60,51 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 1,39 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

"Azeri Light"ın qiyməti sonuncu dəfə 2015-ci il iyulun 13-də 60 dolları ötmüşdü.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 59,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 25-də 56,38 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,48 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 25-də 59,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,61 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır