Modern.az

Bakıda sovet mənşəli küçə adları - VİDEO

Bakıda sovet mənşəli küçə adları - VİDEO

Aktual

27 Sentyabr 2017, 00:10

Səngəçal qəsəbəsində hələ də sovet mənşəli küçə adları qalmaqdadır. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ərazidə hələ də "Oktyabrın 70 illiyi" adlı küçə var.

Bəzi sakinlər isə deyirlər ki, küçənin adi dəyişdirilərsə, onlarin qeydiyyat məsələlərində müəyyən problemlər yarana bilər. Buna görə də onlar küçənin adi ilə bağli heç yerə müraciət etməyiblər.

Oktyabrin 70 illiyi küçəsinin sakinləri deyirlər ki, sadəcə onların küçəsi belə adlanmir. Qəsəbədə bir neçə sovet mənşəli adları daşiyan küçələr var. Məsələn, oktyabrın 50 illiyi küçəsi, Suvorov küçəsi və s.

Yerli sakinlərin iddialarını Qaradağ Rayon İcra Hakimiyyətindən də təsdiqlədilər. Qurumdan bildirdilər ki, hətta Qobustan ərazisində də belə küçə adları var. Lakin bütün bu sovet mənşəli küçə adları ilə bağlı təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Və yalnız müvafiq təsdiq qərarından sonra bu adlar dəyişdiriləcək. Rayon icra hakimiyyətindən onu da söylədilər ki, hətta sovet mənşəli adları daşıyan küçələrə alternativ adlar da təklif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir