Modern.az

Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi

Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi

27 Sentyabr 2017, 00:56

"Türkiyə İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır.  Biz İraqın ərazi bütövlüyünü təkcə sözdə dəstəkləmirik. Əgər İraqhökuməti Ankaraya müvafiq çağırış edərsə, biz qonşu ölkənin bütövlüyünün qorunmasına dair səyləri dəstəkləyəcəyik”. Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir qeyd edib ki,  Ankara İraq hökumətinin müvafiq müraciəti əsasında addımlar ata bilər: “Əgər Baqdad Ankaraya çağırış edərsə, biz beynəlxalq normalara əsaslanan hüququmuzdan yararlanacağıq. Ankara üçün əsas olan İraqın mərkəzi hakimiyyətinin mövqeyidir. İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək".  

 

Bu arada ABŞ Türkiyənin bu mövqeyini tənqid edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert Türkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatı hədə kimi dəyərləndirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı