Modern.az

İsmayıllıda ağır yol QƏZASI: 7 ölü, 3 yaralı...   

İsmayıllıda ağır yol QƏZASI: 7 ölü, 3 yaralı...    

27 Sentyabr 2017, 08:21

Ötən gecə İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub.

Modern.azxəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. 

APA-nın məlumatına görə, hadisə nəticəsində ölənlər Şəki sakini 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlıdır.

Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün  Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Qəbələ Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparıldığı bildirilir. 

Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı