Modern.az

Lufthansa şirkətindən Azərbaycana hörmətsizlik  

Lufthansa şirkətindən Azərbaycana hörmətsizlik   

Ölkə

27 Sentyabr 2017, 15:39

Azərbaycan investorların marağını cəlb edən ölkələr sırasına daxildir. Ölkəmizə sərmayə qoyan xarici şirkətlərin sayında artım müşahidə edilir. Bir-biri ilə rəqabətdə olan şirkətlər müştərilərinin sayını artırmaq üçün müəyyən addımlar atır. Amma Azərbaycanda iş quran bəzi şirkətlər Azərbaycan dilinə hörmətsizlik edirlər. Gəliri yerli vətəndaşlar hesabına əldə etmək istəyən şirkətlərin bu hərəkəti anlaşılan deyil.

Ölkədə xarici dilin inkişaf etdirilməsi çox yaxşı addımdır, amma bu inkişaf Azərbaycan dilinə hörmətsizlik hesabına olmamalıdır.

Bakıda fəaliyyət göstərən Lufthansa şirkətini buna misal göstərmək olar.

Modern.az-ın əməkdaşı daxil olan şikayətlə bağlı Lufthansa şirkəti ilə əlaqə saxlamağa çalışıb. Şirkətin servis mərkəzinə etdiyimiz zəng zamanı bizə iki dil - ingilis və rus dilləri təklif olundu. Təklif olunan dillərdən birini seçdik. Bizə cavab verən operatora suallarımızı Azərbaycan dilində versək də, onun cavabı rus dilində oldu. Operator bizə bildirdi ki, servis mərkəzi ancaq rus və ingilis dilində fəaliyyət göstərir. Bizim danışıqlarımızı Azərbaycan dilində başa düşən operator israrla rus dilində cavab verdi.

Bununla bağlı şirkətin dünyanın bəzi ölkələrində olan servis mərkəzlərinə zəng etmək qərarına gəldik.  Şirkətin Rusiya, Türkiyə, İspaniya və İran nümayəndəliyinə zəng etdiyimiz zaman avtomatik olaraq həmin ölkənin dillərində cavab verildi. Bu isə şirkətin Azərbaycan dilinə hörmətsizlik etdiyinin sübutudur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar