Modern.az

AMEA-nın Coğrafiya İnstitutundan ŞOK AÇIQLAMA: “Gələcəkdə nə payız olacaq, nə də yaz”  

AMEA-nın Coğrafiya İnstitutundan ŞOK AÇIQLAMA: “Gələcəkdə nə payız olacaq, nə də yaz”    

Mədəni̇yyət

28 Sentyabr 2017, 12:28

Dünəndən başlayaraq ölkə ərazisində temperatur kəskin şəkildə aşağı enib. Artıq Qubaya ilk qar da yağıb. Mütəxəssislər isə senytabr ayı üçün qarın yağmasının xarakterik olmadığını deyirlər. Hətta paytaxt Bakıda belə, qış geyimlərinə keçənlər var.

Bəs payız harda qaldı?

Baxmayaraq ki, sentybarın 23-də payız fəsli ölkəmizə qədəm qoyub, amma payızdan əlamət belə, yoxdur.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Modern.az-a açıqlamasında payız fəsli ilə bağlı heç də ürəkaçan proqnoz verməyib.

“Havaların bu cür keçməsinin səbəbi iqlim dəyişmələridir. BMT-nin ətraf mühit üzrə 2014-cü il hesabatında göstərilib ki, bir ilin yay fəslində 40 dərəcə isti də görə bilərsiniz, sabahı gün qar da yağa bilər. Bunlar kəskin iqlim dəyişmələridir. İqlim dəyişməsi fövqəladə halların tezləşməsini sürətləndirir”.

Ramiz Məmmədovun sözlərinə görə, gələcəkdə nə payız olacaq, nə də yaz.

“Biz bir ildə 4 fəslin olmasına adət etmişik. Gələcəkdə isə nə yaz olacaq, nə də  payız.  Biz bu fəsillərin yoxluğunu hiss etməyəcəyik. İqlim dəyişmələri elə formada baş verəcək ki, payız olmayacaq. Əslində, bir çox ölkələr var ki, onlarda payızın, yazın olmaması problem deyil. Amma bizdə dərhal hiss olunur. Zamanla buna da alışacağıq”.

 İnstitut direktoru bildirib ki, payız olmadan qışa keçid bəzi canlı orqanizmlərin tələf olmasına səbəb olacaq.

“Neçə illərdir ki, Bakıda yaz müşahidə edilmir. Artıq payız da eyni halı yaşayır. Sentyabrın 26-na qədər isti hava müşahidə olundu, dünəndən isə artıq Bakıda qış temperaturudur. Bir məqam var ki, yaydan qışa keçid etmək canlı orqanizmə təsirsiz ötüşməyəcək. Bir çox heyvanlar arasında tələfolma halları çoxalacaq. Bitki örtüyünə də ciddi təsir edəcək. İnsanların da səhhətinə mənfi təsir edəcəck”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir