Modern.az

İslam dünyasının kölgədə qalmış  böyük alimləri və vacib kəşflər

İslam dünyasının kölgədə qalmış  böyük alimləri və vacib kəşflər

Hadisə

29 Sentyabr 2017, 00:29

İslam aləmində elm nominasiyası üzrə Nobel mükafatına layiq görülmüş cəmi iki alim var: (Əbdüs Səlam - Pakistan və Əziz Sancar - Türkiyə. Amma bu o demək deyil ki, elm özlüyündə həmişə Qərb aləminə məxsus olub. Şərq aləmi və alimlərinin elmə verdiyi töhfələr indi də öz aktuallığını qoruyub saxlayır. 


Elm tarixində bir çox əsaslı kəşflər məhz Şərq, müsəlman alimlərinin adı ilə bağlıdır. Onlardan bəziləri, məsələn, İbn Sina, İbn Rüşd, Əl Fərabi Avropa cəmiyyətində tanıdılsa da, bir çoxları gizli qutu kimi qaldı. Halbuki onların ixtiraları tibb, riyaziyyat, astronomiya kimi elmlərdə əsl yenilik idi.

Modern.az məhz bu cür alimlərdən bir neçəsi, onlar və başqa alimlərin elmi  kəşflərindən danışacaq:

 

İbn Heysəm - Riyaziyyat, fizika, oftolmalogiya və astronomiya kimi sahələrdə şöhrət qazanmış dühalardan biridir. 965-ci ildə İraqın Bəsrə şəhərində anadan olub. Alimin ortaya qoyduğu ixtiralardan biri də işıq şüaları ilə bağlıdır. Belə ki, o, bəzi filosofların sübutunun əksinə olaraq, işıq şüalarının cismlərdən gözə təmas etdiyini ortaya qoyub.

Məhz bu isbat kameraların ixtirasında əsas prinsiplərdən biri hesab edilib.

İlk dəfə gözü analizdən keçirən İbn Heysəm, gözün bütün hissəciklərinin funksiyasını izah edib. O, psixoloji amillərin və təsirlərin də görmə ilə əlqasini ortaya qoyan ilk alimdir.

Alimin qələmə aldığı ən qədim əlyazmalardan biri müsiqinin canlılara təsiri ilə bağlıdır. O, əsərində apardığı təcrübələr əsasında musiqinin canlıların davranışlarına təsir keyfiyyəti ilə bağlı xeyli misallar göstərib.

 

İbn Nəfis - Tibb sahəsindən ən böyük kəşfi kiçik qan dövranı ilə bağlıdır. “Şərh təşrih əl-qanun” adlı əsərində anatomiya ilə bağlı bir çox kəşflərə yer verib. Kitabında təfsilatlı olaraq xəstəliklər və bədən üzvlərinin vəzifələrindən söhbət açıb. Bu kitab müasir dövr tibb dünyasının irəliləməsində çox mühüm əhəmiyyətə malikdir.

Habelə onun “Şamil fis sinaə ət-tibbiyyə” adlı əsəri dünya tarixində bir müəllif tərəfindən yazılmış nəhəg bir ensklopediya hesab edilir. Əsər tibb elminin incəliklərindən bəhs edir.

 

Yaqub bin İshaq əl-Kindi - Tibb, riyaziyyat, astranomiya, kimya, fizika, musiqi sahəsində dünyada ad qoymuş filosoflardan biridir. Qədim yunan fəlsəfəsinin ərəb dilinə tərcümə edilməsində əvəzolunmaz xidmətləri var. Habelə bir çox fəlsəfi terminlərin ərəb dilinə daxil edilməsində də rolu böyükdür. Orta Şərq və Avorpada hind rəqəm sisteminin yayılmasında böyük xidməti olmuş, şifrələmə, şifrələrin açılması ilə bağlı elm sahəsinin əsasını qoyub. Ərəb dünyasında musiqi ilə bağlı qaydalar qoyan və ud alətinə beşinci simi əlavə edən biri kimi tarixə düşüb. Musiqi sözünü ərəb dilinə daxil edən ilk şəxs hesab edilir.

 

İbn Masiveyh - Dünya şöhrətli təbib-alim İbn Masiveyh 777-ci ildə İraqda dünyaya göz açıb. Bir çox elmlərin inkişafında xidmət sahibidir. Qədim tibb kitablarının ərəb dilinə tərcümə edilməsində də əvəzsiz əməyi vardır. İslam dünyasında ilk tibb fakultəsinin təsis edilməsi xidməti ona aiddir. Bəzi göz xəstəliklərinin təyin edilməsində ilk iş ona aiddir. Cüzam xəstəliyi ilə bağlı ilk əsərin sahibi olmaqla yanaşı, psixoloji tibbə dair ilk qələmə alınan əsərin də müəllifi hesab edilir.
İbn Masiveyh 857-ci ildə Samərra şəhərində vəfat edib.

 

Göründüyü kimi, sadaladığımız alimlərin əsas kəşfləri çətin sahə olan tibb elmi ilə bağlıdır. Amma bu hamısı deyil. Müsəlman dünyasının tibbə bəxş etdiyi böyük kəşflər bunlardı. Kəşflərin yanında onun müəllifi olan alimləri də qeyd edirik:

 

Saf spirti ilk əldə edən alim – Razi

 

İlk əcza kitabını yazan alim - İbn Baytar

 

İlk xəstəxana yaradıcısı - Əli ibn Ridvan

 

İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas

 

Qızılca və çiçək xəstəliyini kəşf edən alim - Fəxrəddin Razi


Mikrobu ilk aşkarlayan alim - Akşəmsəddin


Cüzam xəstəliyini kəşf edən alim - İbn Cəssar


Vəbanın yoluxucu olduğunu tapan alim - İbn Natiq


Vərəm mikrobunu kəşf edən alim - Kambur Vəsim


Gözdəki tor qişasını kəşf edən alim - İbn Rüşd

 

 

N.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?