23 iyun 2018, Şənbə
Ana Səhifə - QARABAĞ - Türkiyəli nazirin Bakıdan verdiyi bəyanat Ermənistanı rəsmən qorxuya saldı
Türkiyəli nazirin Bakıdan verdiyi bəyanat Ermənistanı rəsmən qorxuya saldı
29.09.2017, 10:01

Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin Bakıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana mesaj verməsi rəsmi Yerevanda təşviş yaradıb.

 

Modern.az saytının məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan Nurəddin Caniklinin bəyanatını şərh edərkən narahatlığını gizlədə bilməyib.

 

XİN başçısının müavini bu narahatlığını Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə etməkdə ittiham edərək pərdələməyə çalışıb.

 

Görünən isə budur ki, Ermənistan həqiqətən də təşvişə düşüb və Qarabağda müharibə başlayacağı təqdirdə təklənəcəyindən qorxur.

 

“Bu birinci dəfə deyil ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə müdaxiləyə cəhd edir. Bu isə münaqişənin nizamlanmasında irəliləyişin qarşısını alır. Bu, Ankaranın qeyri-konstruktiv və birtərəfli yanaşmasıdır” - Savarş Koçaryan belə açıqlama verib.

 

O fikrini belə əsaslandırıb ki, Türkiyənin mövqeyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ilə ziddiyyət təşkil edir.

 

Bununla konfliktin həllində “tərəqqi” axtaran Koçaryan Ermənistanın Qarabağ münaqişəsi ətrafındakı status-kvonun saxlanılmasının tərəfdarı olmasını dilə gətirib.

 

Bunu rəsmi Ankaranın mövqeyinin “irəliləyiş”in qarşısını almağa “maneə” kimi dəyərləndirməsindən sezmək elə də çətin deyil.

 

Ermənistan istəyir ki, hazırkı durumun vaxtı uzadılsın və bundan xal qazansın, bu məsələdə ATƏT-in Minsk qrupunun həmsdərlərinin mövqeyi də Yerevana əlavə stimul verir.

 

Çünki Minsk qrupunun həmsədrləri də neçə ildir şablon diplomatik bəyanatları ilə yalnız Ermənistanın maraqlarına işləyiblər.

 

Türkiyənin müdafiə naziri Nurəddin Canikli böyük bir nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdədir. Xəbər verdiyimiz kimi, bu gün hərbi nazir iki qardaş ölkənin sentyabrın 18-də başlamış və Hərbi-Hava Qüvvələrinin kontingentlərinin qatıldığı birgə təlimlərin bağlanış mərasiminə qatılacaq.

Ötən gün  isə o, səfər çərçivəsində Bakıda rəsmi xarakterli bir sıra mühüm görüşlər keçirib, önəmli açıqlamalar verib.

“Azərbaycan ərazisi olan Qarabağın işğaldan azad edilməsi qaçılmazdır” deyən Canikli əmindir ki, Azərbaycan əraziləri gec-tez erməni işğalından azad ediləcək.

 

Nazir bildirib ki, Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ilə üzləşib. Ona görə də Türkiyə və Azərbaycan  müdafiə sənayesi sahəsində səyləri gücləndirməlidir.

 

Nazir həmçinin iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib.

 

“Biz Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanlın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir.

 

Belə təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır”.


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
 “Ərdoğan prezident seçilməyə bilər” – Azərbaycandakı partiyalardan PROQNOZ
23.06.2018, 16:01

 “Ərdoğan prezident seçilməyə bilər” – Azərbaycandakı partiyalardan PROQNOZ

Maşınqayırma sənayesi işçiləri təltif olundu - SİYAHI
23.06.2018, 15:41

Maşınqayırma sənayesi işçiləri təltif olundu - SİYAHI

Prezident Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik etdi
23.06.2018, 15:16

Prezident Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik etdi

Çində 10 nəfər edam olundu
23.06.2018, 14:57

Çində 10 nəfər edam olundu

Mehdi Hüseynzadənin 100 illik yubileyi keçiriləcək
23.06.2018, 14:45

Mehdi Hüseynzadənin 100 illik yubileyi keçiriləcək

İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi - SİYAHI
23.06.2018, 14:11

İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi - SİYAHI

Akif Əlizadəni AMEA prezidenti vəzifəsinə təsdiq edildi
23.06.2018, 14:08

Akif Əlizadəni AMEA prezidenti vəzifəsinə təsdiq edildi

Universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı AÇIQLANDI
23.06.2018, 13:52

Universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı AÇIQLANDI

Sabahın havası - Bakıda külək əsəcək
23.06.2018, 13:39

Sabahın havası - Bakıda külək əsəcək

Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR
23.06.2018, 13:33

Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırılacaq - Yeni post TİKİLƏCƏK
23.06.2018, 13:25

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırılacaq - Yeni post TİKİLƏCƏK

Jurnalist binalarının svetoforları nəhayət işə düşdü - FOTOLAR
23.06.2018, 13:19

Jurnalist binalarının svetoforları nəhayət işə düşdü - FOTOLAR

Rusiyada təyyarə qəzası - Pilot həlak oldu
23.06.2018, 13:16

Rusiyada təyyarə qəzası - Pilot həlak oldu

Azərbaycanda 17 tona yaxın narkotik məhv edildi
23.06.2018, 13:12

Azərbaycanda 17 tona yaxın narkotik məhv edildi

Polis 10 borclunu SAXLADI
23.06.2018, 12:51

Polis 10 borclunu SAXLADI

Bakıda yanğın - 7 nəfər xilas edildi, 25-i təxliyə olundu
23.06.2018, 12:50

Bakıda yanğın - 7 nəfər xilas edildi, 25-i təxliyə olundu

Oqtay Əsədov Şanxaya getdi
23.06.2018, 12:41

Oqtay Əsədov Şanxaya getdi

Deputatlardan “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə yüksək QİYMƏT: “Proseslərin çoxu mətbuata sızmır”
23.06.2018, 12:38

Deputatlardan “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə yüksək QİYMƏT: “Proseslərin çoxu mətbuata sızmır”

Bakı sakini zorakılıqla qətlə yetirildi
23.06.2018, 12:37

Bakı sakini zorakılıqla qətlə yetirildi

Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı
23.06.2018, 12:35

Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı

Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək
23.06.2018, 12:17

Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldılar
23.06.2018, 12:13

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldılar

Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!
23.06.2018, 12:01

Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

Mayda
23.06.2018, 11:44

Mayda "Sınıq Körpü"dən keçən nəqliyyat vasitələrinin sayı AÇIQLANDI

Şirvanda 22 yaşlı oğlan itkin düşüb - FOTO
23.06.2018, 11:36

Şirvanda 22 yaşlı oğlan itkin düşüb - FOTO

Bu gün Sabunçunun bir hissəsində su olmayacaq
23.06.2018, 11:30

Bu gün Sabunçunun bir hissəsində su olmayacaq

Azay Quliyev üçün xüsusi tarix...   
23.06.2018, 11:25

Azay Quliyev üçün xüsusi tarix...  

Siyəzəndə vətəndaşın həyətində külli miqdarda narkotik aşkarlandı 
23.06.2018, 11:20

Siyəzəndə vətəndaşın həyətində külli miqdarda narkotik aşkarlandı 

Emənistan daha bir hərbçisini itirdi  
23.06.2018, 11:03

Emənistan daha bir hərbçisini itirdi  

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul etdi
23.06.2018, 11:00

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul etdi

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək   
23.06.2018, 10:25

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək  

Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu 
23.06.2018, 10:14

Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu 

Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
23.06.2018, 09:47

Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər
23.06.2018, 09:39

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər

“Bu günün məktəblisi, sabahın əsgəri” adlı  rəsm müsabiqəsi yekunlaşdı – Qaliblər əsgərlərlə görüşəcək
23.06.2018, 09:27

“Bu günün məktəblisi, sabahın əsgəri” adlı  rəsm müsabiqəsi yekunlaşdı – Qaliblər əsgərlərlə görüşəcək

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.7%)
Braziliya(23.9%)
Almaniya(10.1%)
İngiltərə(2.65%)
Portuqaliya(12.2%)
İspaniya(6.38%)
Fransa(4.25%)
Belçika(2.12%)
Seneqal(3.72%)
Rusiya(21.8%)