Modern.az

İnzibati ərazi vahidlərinin, inzibati ərazi dairələrinin xəritələri hazırlanacaq

İnzibati ərazi vahidlərinin, inzibati ərazi dairələrinin xəritələri hazırlanacaq

18 Noyabr 2009, 10:08

İnzibati ərazi vahidlərinin, inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması yekun mərhələdədir. Bunu Modern.az saytına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdirinin müavini Ədalət Salmanov bildirib. Onun sözlərinə görə, Prezidentin 27 avqust 2009-cu il tarixli fərmanına əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, məsələ tezliklə həllini tapsın: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi olaraq biz bunu  hazırlayıb Ədliyyə Nazirliyi, Milli Məclis və Nazirlər Kabinetinə təqdim etmişik. Nazirlər Kabineti də təsdiqlənmək üçün həmin sənədləri Prezident Adminstrasiyasına göndərib. Hazırda Prezident Adminstrasiyasında həmin qaydaların təsdiqinə baxılır. Yəqin ki, 10-15 günə təsdiq olunacaq”.

Komitə rəsmisi deyib ki, bu qaydalara uyğun olaraq inzibati ərazi vahidləri və idarələrinin xəritələri hazırlanacaq: “Burada ardıcıllıqla, xəritə necə hazırlanmalıdır, bunu kim təsdiq etməlidir, bütün bunlar əksini tapıb. İndiyə kimi bizdə elə qayda olmayıb”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi