Modern.az

Amerikalı həmsədr Qarabağ münaqişəsinin həlli üçün fəal işləyəcək – RƏSMİ

Amerikalı həmsədr Qarabağ münaqişəsinin həlli üçün fəal işləyəcək – RƏSMİ

2 Oktyabr 2017, 15:27

Amerika Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Endryu Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və yerdə vəziyyət ilə tanışdıq məqsədilə rəsmilər ilə görüşlər keçirəcək.

 

Bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

 

Qeyd olunub ki, bölgədə olduğu zaman Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

 

“Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir”-səfirliyin məlumatında belə bildirilib.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll yolu Helsinki Yekun Aktının və gücün və ya güc təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?