Modern.az

Polşa prezidenti Avropa İttifaqının sədri kimi Azərbaycana gəlir

Polşa prezidenti Avropa İttifaqının sədri kimi Azərbaycana gəlir

6 İyun 2011, 12:18

Polşa prezidenti Bronislav Komorovskinin Cənubi Qafqaz ölkələrinə səfəri 28-29 iyulda baş tutacaq. Bu barədə Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski məlumat verib.

“1 iyuldan etibarən Polşa Avropa İttifaqına sədrliyi qəbul edəcək. Polşa prezidentinin Cənubi Qafqaz regionuna səfəri bir daha Azərbaycanın, Gürcüstanın və Ermənistanın Avropanın siyasi münasibətləri üçün mühüm əhəmiyyət daşıdığını göstərir”-deyə səfir bildirib. 

Raçinskiynin sözlərinə görə, belə səfərlər həm simvolik və siyasi məna daşıyır. Hesab edirik ki, görüş səmərəli olacaq”-deyə səfir qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir