23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Deputat Yevda Abramov: “Gəlib siqaret çəkir, laqqırtı vurur, qeybət edib, gedirlər” - MÜSAHİBƏ  
Deputat Yevda Abramov: “Gəlib siqaret çəkir, laqqırtı vurur, qeybət edib, gedirlər” - MÜSAHİBƏ  
03.10.2017, 11:04

“ATƏT-ə, matətə bel bağlamaq olmaz”


Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Yevda müəllim, sentyabrın 25-də İraq Kürdüstanında “müstəqillik referendumu” keçirildi. Bu “referendum”la bağlı sizin mövqeyiniz necədir? İsrail tərəfinin məsələyə isti münasibəti nə ilə izah oluna bilər?


- Dünyanın müxtəlif yerlərində baş verən hadisələrə müxtəlif aspektlərdən qiymət verilir. “Referendumu” bəyənib-bəyənməmək İsrailin öz işidir. Yəqin ki, Yaxın Şərq siyasətində “Müstəqil Kürdüstan” dövlətinin yaranması İsrailin xarici siyasəti ilə düz gəlir. Amma Azərbaycan o mövqeni sərgiləyə bilməz axı.  Çünki bu, birbaşa Türkiyəni təhdid etməkdir. Biz də Türkiyə ilə qardaş dövlətik. Türkiyənin barmağına toxunan tikan, Azərbyacanın barmağına toxunan tikandır. Separatizm  çox qorxulu bir tendensiyadır. İl yarımdan çoxdur ki, bu tendensiya daha da güclənir. Elə bil ki, dünya ölkələri səhər-səhər yuxudan duran kimi separatizm haqqında fikirləşirlər. Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı idarə etmək üçün də çətindir. Ona görə də belə vilayətlərin dövlətə çevrilməsini kim bəyənirsə və dəstəkləyirsə, düz siyasət yeritmir. Bu dövlətlər xarici siyasətlərinə bir də baxmalıdırlar. Düzdür, bu “referendumu” dəstəkləmək onların öz işidir. Biz o dövlətlərin işinə qarışa bilmərik. Hətta Azərbaycan vətəndaşları da var ki, İraq Kürdüstanında keçirilən “müstəqillik referendumu”nu dəstəkləyir. Mən belə şeyləri dəstəkləmirəm. Dövlətlərin sərhədləri dünya müharibələrindən sonra bağlanmış müqavilələrlə həll olunub. Buna yenidən baxmaq dünyanın müharibəyə sürükləməkdir. Dünyanın nizamını pozmaqdır. İndi deyirik ki, Gülüstan, Türkmənçay müqavilələri düzgün deyil. Bunu o vaxtı demək lazımıydı. İraq Kürdüstanının müstəqil dövlətə çevrilməsi bir sıra ölkələr və xalqlar üçün təhlükə yarada bilər.

 

-Azərbaycanda bəzi insanlar və məmurlar var ki, İraq Kürdüstanının “müstəqilliyini”dəstəkləyir. Parlamentdə də bununla bağlı məsələ qaldırıldı...


- Kim ki, İraq Kürdüstanının “müstəqilliyini” Azərbaycanda dəstəkləyir, onların azərbaycanlı olmağına mənim şübhəm var. Xahiş edirəm ki, onlar qanlarından gedib qonşu ölkənin poliklinikasında analiz versinlər.... Bildiniz də mən hansı ölkəni deyirəm. Hansı ağıllı adam İraq Kürdüstanının “müstəqilliyini” dəstəkləyə bilər? Mən bayaq da dedim, balaca vilayətlərdən dövlət düzətmək dünyanı dağıtmaq deməkdir. Bu kimə lazımdır axı?!  İraq Kürdüstanının “müstəqilliyi” Azərbaycan üçün də qorxuludur. Separatçılıq meyili Qarabağa da gəlib çata bilər. Bunu dəstəkləyən məmur da azərbaycanlı deyil. O, islama xidmət etmir. Onlar qanlarını yoxlatsınlar.

 

- Bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailə səfər etdi. Səfər zamanı İsrailin yüksək vəzifəli şəxsləri, o cümlədən müdafiə naziri ilə görüşlər keçirdi. Bəzi politoloqlar bildirirlər ki, səfərin əsas mahiyyəti Azərbaycanın İsraildən müasir silahlar almaq istəməsidir. Bəs siz necə düşünürsünüz?

 

- Azərbaycan İsraillə tərəfləri qane edə bilən siyasət yürüdür. Onun da canlı şahidi BMT-nin 72-ci sessiyasında olduq. Azərbaycan Prezidenti İlham Əliyevin gözəl çıxışı və İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana olan münasibətini hər kəs gördü. Hətta Benyamin Netanyahu çıxış edəndə Ermənistan prezidenti  Serj Sarkisyan yalandan özünü yuxuya vermişdi. Guya eşitmirdi, amma hər şeyi yaxşı eşidib. Bununla da İsrail dünyaya göstərdi ki, Azərbaycanla və Qazaxıstanla güclü münasibətlər qurub və bundan sonra da quracaq. Bütün sahələrdə münasibətləri daha da gücləndirəcək. Ona görə də müdafiə nazirinin İsrailə səfəri təbiidir. Dövlətlər arasında hansı silahların alınması nəzərədə tutulubsa, İsrail həmin silahları vaxtında verib. Azərbaycan dövləti də həmin silahların pullarını vaxtında ödəyib. Bu silahlar hansılardı, mən onu deyə bilmərəm. Hansını bilirəmsə, deyirəm. Amma bunları bilmirəm. Onlar elə silahlardır ki, dünyanın əksər ölkələrində yoxdur. Həmin müasir silahları da İsrail Azərbaycana verib və verəcək. Bir sıra silahlar isə Azərbaycanda şərikli istehsal ediləcək.

 

-Yevda müəllim, sentyabrın 23-də müxalifətin mitinqi oldu və növbəti minitinqin keçirilməsi isə oktyabrın 7-nə təyin edilib. Müxalifətin mitinqlərini necə qiymətləndirirsiniz?

-Müxalifətin mitinqləri təzəcə ayaq açan uşağın yeriməsinə bənzəyir. Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Bunlar nə mitinqdi? Onlar bu mitinqləri hər gün keçirsələr belə, heç nəyə nail olmayacaqlar. Çünki xalq onları yaxşı tanıyır. Həmin mitinqlərə gələn adamlar 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Əksəriyyətini yoxlasan, vəzifədən qovulmuş şəxslərdir. Guya incidilmiş insanlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Mitinq 50 və ya 100 min nəfərlik olar. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qutarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur.

- 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiyə 1 il qalıb, amma siyasiət meydanında canlanma hiss olunmur, partiyala hazırlığa başlamayıblar...

- Seçki böyük siyasi prosesdir.Seçkilərə sadə gözlə baxmaq düzgün deyil.Qabaqcadan sehirbazlıq etmək olmaz. Seçki prosesi qüvvələrin gücünün bilinməsi dövrüdür. Siyasət meydanına siyasəti bilməyən adamlar da düşə bilib. Onların içərisində radikal düşüncəli insan da ola bilər. Bu baxımdan ayıq-sayıq olmaq lazımdır.
Prezident seçkiləri zamanı digər ölkələrdən dostu-düşməni tanıyırsan. Mən demirəm ki, seçki rəvan keçəcək. Bu gün Azərbaycan dövlətinin prezident seçkilərini aparmaq üçün çox böyük təcrübəsi var. Nazirliklər, inzibati orqanlar yerindədir. Xalq da əvvəlki xalq deyil. Xalqın siyasi dünyagörüşü dəyişib. Seçkiyə gedib layiqli insanı seçmək üçün Azərbaycan xalqı səfərbər olmalıdır.

 

-Parlamentin son iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyətini  sərt tənqid olundu. Bununla bağlı sizin münasibətiniz necədir?

- Mən neçə illərdir ki, parlamentin tribunasında çıxış edirəm ki, ATƏT-ə, matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır. Götürüsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdu. Onlar ikili standart yox e, çoxlu standat yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır. Ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik.  ATƏT-ə, Mins qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri İrəvana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün  Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Biz Qarabağı özümüz geri almalıyıq.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gömrük Komitəsi Türkiyə vətəndaşının iddialarına cavab verdi
23.07.2018, 19:25

Gömrük Komitəsi Türkiyə vətəndaşının iddialarına cavab verdi

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu
23.07.2018, 19:19

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
23.07.2018, 19:09

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

Vaqif Dərgahlı: “Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”
23.07.2018, 18:59

Vaqif Dərgahlı: “Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”

Latviyada “Azərbaycan Ticarət Evi” açıldı
23.07.2018, 18:39

Latviyada “Azərbaycan Ticarət Evi” açıldı

Çavuşoğlu sabah Bakıya gəlir
23.07.2018, 18:29

Çavuşoğlu sabah Bakıya gəlir

Bolqarıstanla Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi
23.07.2018, 18:18

Bolqarıstanla Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi

Prezident yol tikintisinə 7.5 milyon manat ayırdı
23.07.2018, 18:12

Prezident yol tikintisinə 7.5 milyon manat ayırdı

Müdafiə Nazirliyi Tonoyanı biabır etdi
23.07.2018, 18:09

Müdafiə Nazirliyi Tonoyanı biabır etdi

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 18:07

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldi

Paşinyan Putinə telefon zəngi etdi
23.07.2018, 18:00

Paşinyan Putinə telefon zəngi etdi

"Azərbaycanda dini və məzhəb ayrıseçkiliyinə yol verilmir" - Allahşükür Paşazadə
23.07.2018, 17:57

"Azərbaycanda dini və məzhəb ayrıseçkiliyinə yol verilmir" - Allahşükür Paşazadə

Bakıda daha bir piyada ÖLÜMÜ
23.07.2018, 17:46

Bakıda daha bir piyada ÖLÜMÜ

 …“Ruhlar şəhəri” yolumuzu gözləyir                                         
23.07.2018, 17:37

 …“Ruhlar şəhəri” yolumuzu gözləyir                                         

“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anılıb
23.07.2018, 17:16

“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
23.07.2018, 17:09

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi AÇIQLAMA   
23.07.2018, 17:04

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi AÇIQLAMA  

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ
23.07.2018, 16:55

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ

“Trampın Putinlə görüşməsi tarixi səhv idi”
23.07.2018, 16:51

“Trampın Putinlə görüşməsi tarixi səhv idi”

Yasamalda ağacları kimlər qurudurlar?.. - AÇIQLAMA
23.07.2018, 16:37

Yasamalda ağacları kimlər qurudurlar?.. - AÇIQLAMA

Fidan Məmmədova Azərbaycanı təmsil etdi
23.07.2018, 16:16

Fidan Məmmədova Azərbaycanı təmsil etdi

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov   
23.07.2018, 16:10

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov  

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq
23.07.2018, 15:57

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB
23.07.2018, 15:37

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı   
23.07.2018, 15:33

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı  

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB
23.07.2018, 15:28

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 15:21

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib
23.07.2018, 14:56

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO
23.07.2018, 14:53

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI   
23.07.2018, 14:51

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI  

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda
23.07.2018, 14:50

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var
23.07.2018, 14:50

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...   
23.07.2018, 14:36

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...  

23.07.2018, 14:35

"Qarabağ"ın potensial rəqibləri məlum oldu

Serbiyanın nüfuzlu KİV-ləri Dilqəmlə Şahbazdan yazdı
23.07.2018, 14:29

Serbiyanın nüfuzlu KİV-ləri Dilqəmlə Şahbazdan yazdı

ARXİV