Modern.az

Abbas Abbasovla Ramazan Abdulatipov indi də dostdurlar – AÇIQLAMA

Abbas Abbasovla Ramazan Abdulatipov indi də dostdurlar – AÇIQLAMA

Ölkə

3 Oktyabr 2017, 13:40

Bir neçə gün bundan qabaq Dağıstan prezidenti Ramazan Abdulatipov 71 yaşında istefa verib. Prezident qəfil istefa verməsinə səbəb olaraq yaşının çox olmasını göstərib.

 

Ramazan Abdulatipov “Komsomolskaya pravda”ya müsahibəsində deyib ki, istefa barədə qərarı Rusiya prezidenti Administrasiyasının rəhbəri Anton Vayno ilə söhbətdən sonra qəbul edib. Lakin o, söhbətin məğzini açıqlamayıb.

 

Dağıstan mənbələri isə bildirir ki, Abdulatipov könüllü getməyib, onun istefası barədə tələbi Kreml administrasiyası qoyub. Səbəb isə Dağıstandakı vəziyyət, Abdulatipovdan narazılığın yüksək olmasıdır.

 

71 yaşlı prezidentin istefa ərizəsi yazması ilə Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovın adı gündəmə gəldi.

 

Abutalipovun prezident seçilməsindən sonra Abbas Abbasov Dərbənddə çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirib. Hətta, digər iddialara görə, Ramazan Abutalipovun prezident kürsüsündən uzaqlaşması Abbas Abbasovun karyerasını bitirmək ərəfəsindədir.

 

Modern.az saytı bu və digər məsələlərlə bağlı Abbas Abbasovun oğlu, Milli Məclisin keçmiş deputatı Aydın Abbasovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bunları deyib.

“Dağıstanda  yaşayış kompleksi tikdirməmişəm. Amma Allah qismət edərsə, VİP yox, Double (ikili) VİP tikdirəcəm”.

 

Aydın Abbasov istefa verən Dağıstan prezidenti ilə dostluq əlaqələrindən də söz açıb.

 

Ramazan Abutalipovla Abbas Abbasov indi də dostdurlar. Mən də mütəmadi olaraq Abutalipovla telefonda danışıram. O, istefa verəndən sonra ancaq yazışmışıq, telefon danışığımız olmayıb. Prezidentin istefasına gəlincə, mətbuata özü açıqlama verib. Parlamentdə də bəyan edib. Niyə yalan olsun ki!”.

Sabiq deputat atası haqqında yazılanlara da münasibət bildirib.

“Ümumiyyətlə, Abbas müəllim üçün qara piar hazırlayanlar öz bacarıqsızlıqlarını başqa insanların üzərinə atmaq istəyirlər. Yaxud da əksinə, öz bacarıqsızlıqlarını ort-basdır etməyə çalışırlar. Abbas Abbasov Azərbaycan Respublikası rəhbərinin, hörmətli prezidentimizin iradəsi və imzası ilə dövlətin ən yüksək mükafatına layiq görülüb və hər zaman da dövlətçiliyə və prezidentimizə sadiqdir. Ona görə də atam haqqında mətbuata saxta məlumatlar ötürənlərə deyirəm: bəlkə, yetər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı