Modern.az

Ermənilər Cəbrayılda kilsə açdılar -FOTOLAR

Ermənilər Cəbrayılda kilsə açdılar -FOTOLAR

4 Oktyabr 2017, 12:13

Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, iş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.

 

Bundan başqa, mərasimə separatçı "Qarabağ ordusu" komandanının müavini, general-mayor Vardan Balayan və “Yerkrapa” hərbi birləşmənin üzvləri də qatılıb.

 
Ermənistan işğal etdiyi Cəbrayıl rayonunun adını indiki mənbələrdə Djrakan kimi qeyd edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi