17 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - 60 yaşlı Elçin Şıxlı: “Mühacirət etsəm, ürəyim partlayar və ölərəm” - MÜSAHİBƏ  
60 yaşlı Elçin Şıxlı: “Mühacirət etsəm, ürəyim partlayar və ölərəm” - MÜSAHİBƏ  
04.10.2017, 16:36

"Atam mənə təklif olunan vəzifədən imtina etmişdi"


Bu gün tanınmış jurnalist, 2014-cü ildən fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının 60 yaşı tamam olub. O, 1957-ci ilin 4  oktyabrında Bakıda məşhur yazıçı İsmayıl Şıxlının ailəsində doğulub. 

Modern.az saytı tanınmış jurnalistdən yubiley yaşı ilə əlaqədar müsahibə alıb.

- Elçin müəllim, bu gün yubiley yaşınızı qeyd edirsiz. 60 ili necə analiz edib, qiymətləndirərdiniz?


- İnsanın özünü analiz etməsi bir qədər çətindir. Mənə elə gəlir ki, bu yaşıma qədər heç nə etməmişəm.


- Amma 60 rəqəmi kənardan çox böyük görünür. 60-dan sonra 100-ə yaxınlaşmaq uzaq görünmür.

- Bu o deməkdir ki, desəm 60 yaşım oldu, deməli, hər şey etmişəm. Bundan sonra heç nə etməyəcəm. Hesab edin ki, onda həyatımın üzərindən 2 yağlı xətt çəkmiş oluram. Yəni hər işimi görüb, qurtarmışam. Heç də elə deyil. Elə olsaydı, yaşamağın mənası qalmazdı. Ona görə də düşünürəm ki, heç nə etməmişəm.


- Azərbaycan jurnalistikasında tanınmış imzasınız. Amma fərqli ixtisas üzrə təhsil almısınız. Bəs necə oldu ki, jurnalistikanı seçdiniz?

- O zaman xarici dil bilənlərin sayı az idi. Əslində, o dilləri öyrənməklə özümə köməkçi bir vasitə qazanmışdım. Bu, dünyaya açılmaq üçün bir vasitə idi. Sonradan məşğul olacağım işdə yardımçı oldu. 2 tərcümə kitabım çıxdı. İngilis dilindən tərcümələr etdim. Xarici dil bilməyim mənə xeyli kömək etdi. Əcnəbi həmkarlarımla ünsiyyət qurmaqda çətinlik çəkmədim. Ona görə də, dil bilmək yaxşı haldır. Təbii ki, öncə öz dilini mükəmməl biləsən.

- “Ayna-Zerkalo” bağlanandan sonra 2 il  işsiz qaldınız. Hətta belə bir ifadə də işlətmişdiniz: “Yaza bilməyəndə özümə yer tapa bilmirəm”. Elçin Şıxlı 2 il ərzində bu boşluğu necə doldurdu?


- Əslində, o 2 il müddətində özümə gəlirdim, dincəlirdim. Ondan sonra hiss etdim ki, darıxıram. İngiliscə-rusca-azərbaycanca lüğət üzərində çalışdım. Daha sonra Qulu Məhərrəmli, Arif Əlliyevlə birgə jurnalistika terminləri lüğəti üzərində işlədim. Zaman keçdikcə, yaza bilməməyimi anladım. İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Arif Əliyevlə birgə məsləhətləşib belə qərara gəldik ki, ancaq müəllif yazıları şəklində Ayna.az saytını bərpa edək və etdik.

-Bilmirəm, 2 il ərzində qələminizi əlinizdən aldılar deyim, yoxsa, susum. Hər halda, 2 il ərzində mənəvi zərbə aldığınızı demək olar.

-Təbii, çətin idi. Müsahibənin əvvəlində sual verdiniz ki, 60 ili necə analiz edib qiymətləndirə bilirsiniz?. Deyim ki, insan keçdiyi yolu rahat şəkildə analiz edə bilir. Bir tərəfə çəkilirsən, əsəblərin sakit olan məqamda gördüyün işlərə, keçdiyin yola nəzər salırsan. O zaman doğru və düzgün qiymət verə bilirsən. Yaxşı olardı ki, yazı yazandan sonra onu kənara qoyub növbəti gün bir də oxuyasan. O zaman kənardan yeni gözlə oxuyanda  doğruları, yanlışları daha yaxşı görə bilirsən. Ona görə də 2 il ərzində nələrisə müşahidə edə bildim.

-“Ayna-Zerrkalo”nun fəaliyyəti dayanandan sonra “məğlubiyyətin bu dərəcədə rahatlıq gətirəcəyini bilmirdim” demisiniz. Sizcə, məğlubiyyət insana həm də rahatlıq gətirir? Bunu hansı situasiyalarda müşahidə etmisiniz?

- Məğlub olursansa, hardasa yanlış addım atmısan. Bu zaman bunun nə üçün baş verdiyini düşünürsən.Amma səhv etdiyimi düşünmürəm. Məğlub olsam da, səhv etməmişdim. Özümü məğlub saymıram. Sadəcə, o məqamda qəzetin dayandırılmasını məğlubiyyət kimi qəbul etdim. Yenə də məğlub olmadım. Əgər işimi davam etdirsəydim, o zaman məğlub ola bilərdim.
 

-Bəzi adamlar həyatda dəyişiklik etməyə üstünlük verirlər. Bu, dəyişik xarakterdən irəli gəlir. Ya ailələrini, ya da dostlarını dəyişirlər. Nə vaxtsa həyatınızda nələrisə dəyişmək fikrinə düşmüsünüzmü?


- Şükür Allaha, xoşbəxtəm. Nə yaxşı ki, ailəm mənim ailəmdir. Çünki ən çətin məqamımda ailəmin məni meydanda tək qoyub getmək kimi fikri olmayıb. Ona görə də ailəmə, xanımıma, övladlarıma, qardaşıma borcluyam. Dostlara gəlincə isə dəyişmirəm, zamanla həyat özü dostları ələyir. 50 nəfərə dost dediyin vaxt bir də görürsən ki, çətin vəziyyətdə yoxa çıxırlar. Əsl dostlar isə qalır.

-60 yaşınız var. Gənclik illərinizi xatırlaya bilməsəm də, hər halda, uşaqlıq, məktəb dostlarınız olub. Nədənsə, dörd dost olaraq tanınırsız. Qulu Məhərrəmli, İbrahim Nəbioğlu, Arif Əliyev və siz.Yaş artandan sonra dostlar ələnir?

- Başqa dostlarım da var. Dediyiniz insanlar həm düşüncə, həm məslək, həm də peşə dostlarımdır. Yazılarımızdan hər şey məlumdur. Məktəb dostlarımdan bir-ikisi dünyasını dəyişib, bir neçəsi isə ölkədən gedib. Məsələ ondadır ki, o biri dostlarla hər gün görüşə bilmirik. Həyat hərəmizi bir tərəfə yönləndirib. Əslində, dostlar çox olmamalıdır.

- Son 10 il ərzində ölkəni tərk etmək haqqında düşünmüsünüzmü? Xüsusilə, “Ayna-Zerkalo” qəzeti bağlanandan sonra belə bir fikrə düşmüsünüz?

- Heç vaxt köklü şəkildə ölkəni tərk etmək barədə düşünməmişəm. Arada insanın beynindən “bezdim, yoruldum” kimi hallar keçir. Dəqiq deyə bilərəm ki, ölkədən  harasa getsəm, ürəyim partlayar və ölərəm. Azərbaycandan uzaqda yaşaya bilmərəm.

- Tanınmış ailələrdə valideynlərin övladlara qarşı sərt mövqeyi özünü göstərir. Hətta adət etmişik ki, filan tanınmış adam, övladına digər tanınmış şəxsin qızını alacaq. Sizin ailədə necə olub?

- Bizim ailədə elə hal olmayıb. Təbii, ailələrimiz bir-birini tanıyırdı. Sadəcə olaraq, həm mənim, həm də ailələrin razılığı oldu. Həyatımdan bu nöqteyi-nəzərdən çox razıyam.

- Bir suala cavabınız çox maraqlıdır. Xalq şairi Səməd Vurğunun oğlu mərhum Vaqif Səmədoğlu vaxtilə Milli Məclisdə təmsil olunub. Rəsul Rzanın oğlu Anar AYB-nin sədri vəzifəsindədir. İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev baş nazirin müavinidir. Amma İsmayıl Şıxlının oğlu heç bir rəsmi postda olmayıb. Maraqlıdır ki, bu vaxta kimi sizə hər hansı vəzifə təklif olunmayıb?

- Mənə vəzifə təklif olunmayıb. Bircə məsələni qeyd edə bilərəm ki, Ayaz Mütəllibovun zamanında atam gəlib dedi ki, “oğul, sənin Mərkəzi Komitədə şöbələrin birinə təyin olunmağınla bağlı vəzifə təklif ediblər. Bağışla, incimə məndən, sənin əvəzindən o vəzifədən imtina etdim”. “Çox yaxşı edib, imtina etmisən ata. Vəzifə mənlik deyil” dedim.

- Bəs Milli Məclisdə deputat kimi təmsil olunmaq istəyiniz varmı?

- 20 il bundan qabaq belə bir səhv addım atmaq istədim. Onda da alınmadı. İndiki parlamentdə isə heç cür təmsil olunmaq fikrim və niyyətim yoxdur. Sözüm keçməyən yerdə təmsil olunmaq istəmirəm.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib
17.10.2017, 18:41

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu
17.10.2017, 18:33

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
17.10.2017, 18:21

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO
17.10.2017, 18:17

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu
17.10.2017, 17:51

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq
17.10.2017, 17:50

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
17.10.2017, 17:50

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi
17.10.2017, 17:36

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi
17.10.2017, 17:34

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü
17.10.2017, 17:28

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü

Dollar cüzi UCUZLAŞDI 
17.10.2017, 17:24

Dollar cüzi UCUZLAŞDI 

Vergi güzəştlərinin tətbiqi labüddür  
17.10.2017, 17:13

Vergi güzəştlərinin tətbiqi labüddür  

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI
17.10.2017, 17:05

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək
17.10.2017, 17:00

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək   
17.10.2017, 16:51

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək  

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ
17.10.2017, 16:42

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR
17.10.2017, 16:39

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub   
17.10.2017, 16:31

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub  

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
17.10.2017, 16:30

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər
17.10.2017, 16:14

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ   
17.10.2017, 15:53

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ  

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”
17.10.2017, 15:50

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”

Bakıda mənzildən qadın meyiti tapıldı   
17.10.2017, 15:44

Bakıda mənzildən qadın meyiti tapıldı  

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb
17.10.2017, 15:36

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi   
17.10.2017, 15:29

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi  

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”
17.10.2017, 15:17

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi
17.10.2017, 15:14

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib
17.10.2017, 15:03

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”   
17.10.2017, 14:47

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”  

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi
17.10.2017, 14:27

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı
17.10.2017, 14:15

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq
17.10.2017, 14:08

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib
17.10.2017, 14:07

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib

Ramil Usubov bu jurnalistlərə vəzifə verdi - ADLAR
17.10.2017, 13:58

Ramil Usubov bu jurnalistlərə vəzifə verdi - ADLAR

Yarış meydanında ölən idmançılar - VİDEO
17.10.2017, 13:56

Yarış meydanında ölən idmançılar - VİDEO

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.67%)
“Azərişıq”(31.2%)
“Azərsu”(10.6%)
“Azəristiliktəchizat”(2.12%)
Heç biri(50.3%)