Modern.az

Turan bank hesablarına qoyulan qadağaya görə məhkəməyə müraciət etdi

Turan bank hesablarına qoyulan qadağaya görə məhkəməyə müraciət etdi

5 Oktyabr 2017, 12:57

Turan İnformasiya Agentliyi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvafiq qərarların icrasının dayandırılması barədə ərizə verib.

 

Bu barədə Modern.az-a vəkil Fuad Ağayev bildirib.

 

Vəkil qeyd edib ki, ərizə vergi orqanları tərəfindən bank hesablarına qoyulmuş sərəncamlarla bağlıdır.

 

Xatırladaq ki, “Azərbaycan” qəzetinə müsahibəsində baş prokuror Zakir Qaralov bildirib ki, “Turan” agentliyinin işi üçün heç bir problem yoxdur. Avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib. Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb. Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı "başqa yerə getməmək" haqqında qətimkan tədbiri seçilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir