Modern.az

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

5 Oktyabr 2017, 18:56

Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Modern.az xatırladır ki, Xəzər İbrahim bundan öncə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışıb.

 X.İbrahim sentyabrın 12-də NATO yanında Nümayəndəliyin başçısı vəzifəsindən geri çağırılmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir