Modern.az

Cırılmış əskinaslar hər yerdə dəyişdirilə bilər

Cırılmış əskinaslar hər yerdə dəyişdirilə bilər

6 Oktyabr 2017, 00:29

Cırılmış əskinasları pul qabımızın bir küncdə yararsız bir əşya kimi saxlayırıq. Çünki xüsusilə regionlarda fəaliyyət göstərən banklar bu pulları qəbul etmir. Bəziləri həmin əskinasların yararsız olduğunu, bəziləri də yalnız Mərkəzi Bank tərəfindən dəyişdirilə biləcəyini vurğulayırlar.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Axar.az-a danışan “Azər Türk Bank”ın mətbuat katibi, ekspert Rauf Ağayev bildirib ki, cırılmış əskinaslar qanunvericiliyə əsasən, istər Mərkəzi Bankda, istərsə də digər kommersiya banklarında yenisi ilə dəyişdirilə bilər:

“Qanunvericiliyə əsasən, əskinasın bütöv səthindən 60 faizi salamatdırsa, həmin əskinas istənilən bankda dəyişdirilə bilər. Hətta bir əskinas bir neçə hissəyə parçalanmış olsa da, həmin parçaları birləşdirən zaman əskinasın səthinin 100 faizi tamamlanarsa, bu halda da əsginazın yenisi ilə dəyişdirilməsi mümkündür”.

Rauf Ağayev onu da qeyd edib ki, zədələnən xarici valyutaları da yenisi ilə dəyişdirmək olur:

“Bunun üçün yerli banklarımız həmin valyutanın məxsus olduğu dövlətin mərkəzi bankına müraciət göndərirlər. Bu müraciət məqbul hesab olunarsa, zədələnmiş pul yenisi ilə dəyişdirilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?