Modern.az

Kərə yağı idxal zamanı ƏDV-dən azad edilsin - TƏKLİF

Kərə yağı idxal zamanı ƏDV-dən azad edilsin - TƏKLİF

6 Oktyabr 2017, 15:09

Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən kərə yağlarının qiymətləri ilə bağlı yeni açıqlama yayıb. Komitə əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağının cari ilin sentyabr ayı üçün orta statistik qiymətinin 5.20 ABŞ dolları təşkil etdiyini bildirib.

Modern.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli rəsmi məlumata əsasən maraqlı hesablama aparıb:

Ekspert deyib ki, 5,20 dollar - 8,84 manatdır:

“ - 5% idxal rüsumu (yeri gəlmişkən, hər hansı dövlət öz əhalisini hər hansı məhsul ilə daxili istehsal hesabına təmin edə bilmirsə, həmin məhsula maksimum idxal vergisi qoymaq absurddur) - 1,32 manat, - 18% ƏDV (yeri gəlmişkən, ölkədə ƏDV dolayı vergi növü olaraq sonda əhalinin cibindən çıxır, şirkətlər bu yükü də əhalinin üzərinə qoymağa məcbur olur) - 1,83 manat (Gömrük 15% rüsumu qiymətə əlavə etdikdən sonra 18% hesablayır). Bu da edir cəmi - 11,99 manat.


Logistika və yol xərcləri hər kq yağa heç 0,50 dolları keçmir, daha aşağı olur. Məsələn, Poti limanından Bakıya 25000 kq yük gətirən soyuducu maşın cəmi 2500 dollar istəyir, yəni hər kiloya 10 sent, Potiyə qədər isə Avstraliyadan gələn gəmiyə hər kq-ya, maksimum, 0,40 dollar ödənilir, çünki yük həcmi çox böyük olduğundan qiymət ucuz olur. Deməli, logistika 0,50 dollar - 85 qəpik.
Ümumi xərclər edir 12,84 manat”.

 

İqtisadşı bildirib ki, satışda Avropa, Avstraliya və Yeni Zelandiyadan gətirilən yağ 18-19-20 manat arasıdır:

“İdxalçı və pərakəndə satış edən də öz qazancını qiymətə əlavə etsə, qiymət 15-16 manatı keçməz. Potidən bir maşın yağ alıb bütün xərclərdən sonra (12,84 manat) üzərinə hər kiloya lap 1,5 manat qoysan, 37,5 min manat qazanc edir. Belə qazanc harada var ki?! Pərakəndə satış edənlər lap az qoyur, lap 50 qəpik də onlar artırsalar, yenə də qiymət 16 manat civarında sabitləşər.
Bunun üçün ölkədə normal rəqabətli mühit yaratmalıdır. Dövlət gömrük rüsumunu 15%-dən 5%-ə çəksə, kərə yağına ƏDV-ni dünyada qiymət enənə qədər (ilkin olaraq 6 aylıq) ləğv etsə, qiymətlər 30% düşər, hələ rəqabətli mühit yaratsa, kərə yağının qiyməti 10-11 manat olar, necə ki, Gürcüstanda indi elədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?