22 sentyabr 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT -  “Lavrenti, Polinanı qaytar” - Stalinin amansızlığı, Molotovun Beriyadan acizanə xahişi...
 “Lavrenti, Polinanı qaytar” - Stalinin amansızlığı, Molotovun Beriyadan acizanə xahişi...
06.10.2017, 21:37

İosif Stalinin repressiya siyahısında məmurlarla yanaşı, məmur xanımlarının adları da yer alıb, xüsusilə yəhudi əsilli xanımların. Bu haqda çıxardığı qərarlarda Stalinə heç kim mane ola bilməyib. Amansız həbs göstərişləri bir-birinin ardınca müzakirəsiz icra olunub. Hətta onların arasında Stalinin ən yaxın silahdaşlarından biri olan SSRİ xarici işlər komissarı, Siayasi Büronun üzvü, Dövlət Müdafiə Komitəsi sədrinin müavini Vyaçeslav Molotovun həyat yoldaşı Polina Jemçujina da olub.

Modern.az saytı SSRİ tarixinin Stalin hakimiyyəti dövründə baş verən hadisələr haqqında növbəti yazını təqdim edir.

Stalinin gözündə Molotovun yalnız bir problemi olub-onun həyat yoldaşı. Polina Jemçujina ilə Stalinin həyat yoldaşı Nadejda Alliluyeva yaxın rəfiqə olublar. Stalin elə düşünüb ki, Polina onun həyat yoldaşına mənfi təsir göstərir. Nadejda Alliluyevanın müəmmalı ölümündən sonra isə ona qarşı mənfi fikirlər Stalində daha da çoxalıb. Elə həmin müəmmalı ölüm gecəsində də Voroşilovun mənzilində Stalinlə həyat yoldaşının arasında yaranmış mübahisədən sonra Nadejda Alliluyeva məclisi Polina Jemçujina ilə birlikdə tərk edib.

Stalin Molotov haqqında həmişə müsbət fikir söyləyib. Ancaq bununla yanaşı, onun həyat yoldaşı haqqında fikirlərini söyləməkdən də çəkinməyib. Nəhayət, Siyasi Büronun iclaslarının birində o bu məsələyə son münasibətini bildirib: 

“Molotov partiya üçün çox işlər görüb, o bu yolda canını belə qurban verməyə hazırdır. Ancaq o, bununla yanaşı, öz həyat yoldaşını da sevir. Əlbəttə, düşünəcəksiniz ki, mən bunu nəyə görə vurğulayıram.  Siyasi Büroda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar haqqında Molotovun həyat yoldaşı Polina Jemçujina dərhal xəbər tutur və bu məlumatları yəhudi millətçi təşkilatlarına çatdırır. Bu qadın həmin təşkilatlarla sıx əlaqədədir. Polina Jemçujinanın gizli fəaliyyəti və kimlərlə əlaqədə olması haqqında bizdə çox məlumatlar var. Onlar bizə qarşı düşmən mövqelərindədirlər...” .

Stalinin bu çıxışı onun qərarı demək idi. Beləliklə, 29 dekabr 1948-ci ildə Polina Jemçujina partiyadan xaric edilib və 29 yanvar 1949-cu ildə yəhudi millətçiləri ilə cinayət əlaqələrinə görə ittiham olunaraq həbs edilib, sürgünə göndərilib.

Sürgündən bir müddət əvvəl Polina Jemçujina Stalinin ona qarşı sərt münasibətindən xəbər tutaraq həyat yoldaşı Molotovla açıq danışmağı qərara alıb:

“Əgər partiya belə hesab edirsə, biz ayrılmalıyıq, deməli ayrılmaq lazımdır. Bu həm partiyamız, həm də bizim üçün daha yaxşı olar”. 

Bununla da o, qardaşıgilə köçməyi qərarlaşdırıb.

Lavrenti Beriya tez-tez Molotovun qulağına pıçıldayıb ki, sürgündə olan həyat yoldaşı sağdır. Molotov isə Beriyanın bu yarıkinayəli, yarıciddi sözlərinə yalnız susmağı ilə cavab verib.

Nəhayət, 1953-cü ildə Stalinin dəfnində tabut önündə dayananda Molotov Beriyaya müraciət edib:

 

- Lavrenti, Polinanı qaytar.

 

Stalinin dəfnindən bir gün sonra Beriyanın göstərişi ilə Polina Jemçujina həbsdən azad edilib.

 

Qeyd edək ki, Polina Jemçujina bir sıra yüksək vəzifələrdə çalışıb. O həmin dövrdə SSRİ-də təsərrüfat sahəsində yeganə xanım nazir olub. Belə ki, Polina Jemçujina SSRİ Balıq Sənayesi nazirliyinə rəhbərlik edib. Onu bu vəzifəyə də məhz Stalin təyin edib. Molotov həyat yoldaşının bu təyinatna qarşı çıxsa da, Stalinin əmri ilə Jemçujina bu vəzifədə öz fəaliyyətini davam etdirib.

Həbsdən azad olduqdan sonra Polina Jemçujina partiya sıralarına yenidən bərpa olunub. O, Stalinə olan sədaqətini onun ölümündən sonra da belə nümayiş etdirib.

1960-cı ildə Stalinin qızı Molotovlar ailəsini ziyarət etdikdən sonra bu haqda öz xatirələrində yazıb:

“Polina ilə görüşüm məni çox təsirləndirmişdi. Onun dediyi sözləri tez-tez xatırlayıram: “Sənin atan dahi insan idi. O ölkədəki beşinci sütunu məhv etmişdi. Müharibə başlayanda xalqla partiya yekdil idi. İndi isə insanlarda heç bir inqilabi ruh qalmayıb”. 
O, atam haqqında danışdıqca qızı və kürəkəni gözlərini yerə dikirdilər. Sanki nədənsə utanırdılar”.

Həbsdən çıxdıqdan sonra Polina Jemçunaya sevdiyi həyat yoldaşı Vyaçeslav Molotovla 17 il birgə ömür sürmək nəsib olub. O, 1970-ci ildə Moskvada vəfat edib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi

Beyləqanda 196 ağac yandırıldı
22.09.2018, 14:49

Beyləqanda 196 ağac yandırıldı

Hatayda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22.09.2018, 14:33

Hatayda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22.09.2018, 14:26

Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər

Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb
22.09.2018, 14:00

Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb

Azərbaycan XİN-i: “Yuri Xaçaturov vəzifəsindən sui-istifadə edib”
22.09.2018, 13:47

Azərbaycan XİN-i: “Yuri Xaçaturov vəzifəsindən sui-istifadə edib”

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI
22.09.2018, 13:35

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
22.09.2018, 13:24

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

İrandan terror hücumuna görə ABŞ-a İTTİHAM 
22.09.2018, 13:17

İrandan terror hücumuna görə ABŞ-a İTTİHAM 

Astarada naringi bağlarında zərərvericilər məhv edilir
22.09.2018, 13:15

Astarada naringi bağlarında zərərvericilər məhv edilir

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir
22.09.2018, 13:09

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU
22.09.2018, 12:51

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib
22.09.2018, 12:43

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

ARXİV