Modern.az

Paytaxtımızda III Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Paytaxtımızda III Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

18 Noyabr 2009, 14:25

Noyabrın 18-də Bakıdakı Rostropoviçlərin ev-muzeyində paytaxtımızda keçiriləcək III Beynəlxalq Rostropoviç festivalı ilə əlaqədar mətbuat konfransı təşkil olunub. Modern.az xəbər verir ki, tədbirdə dünya şöhrətli musiqiçi M.Rostropoviçin qızı, “Rostropovich production” kompaniyasının prezidenti Olqa Rostropoviç və Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib. Maestronun qızı bildirib ki, III Beynəlxalq Rostropoviç festivalının 8-14 dekabr tarixlərində keçirilməsi planlaşdırılıb. O, qeyd edib ki, festivalın məqsədi ümumdünya şöhrətli incəsənət xadimlərinin M.L.Rostropoviçin vətəni Azərbaycana və paytaxt Bakıya dəvət etmək, həmçinin respublikanı dünya səviyyəsində tanıtmaqdır. Festivalın təçkilatçıları Mistislav Rstropoviç adına Fond, Heydər Əliyev Fondu və Mədəniyət və Turizm Nazirliyidir. Olqa Rostropoviç deyib ki, festival ilkin mərhələsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, yekun konsertlər isə Heydər Əliyev adına Respublika Sarayında keçiriləcək. Konsertlərdə 4 böyük orkestr-dünya şöhrətli İngilis Kamera orkestri, “Yeni Rusiya” Dövlət simfonik orkestri, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonok orkestri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri iştirak edəcək. Tanınmış musiqişünaslardan isə İngilis kamera Orkestrinin drijor və violençelisti, Pol Uotkins,Litva violençelisti David Qerinqas, İsrail skripkaçısı Pinhas Sukerman, Amanda Forsayt, tanınmış gənc skripkaçı Rey Çen, rumın drijor Kristian Badea, o cümlədən milli drijor və musiqiçilərimiz və digər məşhur sənətkarlar çıxış edəcəklər

. Əlvan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub