Modern.az

Ucuz silikonlar xanımları belə “GÖZƏLLƏŞDİRİR”

Ucuz silikonlar xanımları belə “GÖZƏLLƏŞDİRİR”

8 Oktyabr 2017, 12:34

Azərbaycanda tibb müəssisələrindən kənarda xüsusilə, gözəllik salonlarında ucuz qiymətə dodaqların böyüdülməsi, qırışların götürülməsi kimi estetik əməliyyatlar həyata keçirilir. Günümüzün reallığında bunun daha geniş yayıldığını demək olar. Dermotoloqun göstərişi olmadan qeyri-peşəkarların dodağa silikonlar  əksər hallarda əks reaksiya ilə nəticələnir. Dodaqların deformasiyaya uğramasına, allergik reaksiyalara səbəb olur. Təbii ki, ucuz təqdim olunan xidmətlər insan sağlamlığına zəmanət vermir. Bu zaman yaranan mənzərə ürəkaçan olmur.

 

O zaman silikonlar hansı təhlükədən xəbər verir?

 

Ümumiyyətlə, silikonların tərkibi bəllidirmi?

 

Əsasən hansı silikon növləri geniş yayılıb?

 

Modern.az saytı mövzu ilə bağlı Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərliyə  müraciət edib. O, bildirib ki, ucuz silikonların yaratdığı fəsadlara rast gəlinir.

 

“Gellərdən istifadə etmək doğru deyil”

 

“Biz estetik əməliyyatlarda gellərdən istifadə etmirik. Kallogen dolğu maddəsi öz dövrünü uğursuz keçib. Çünki indiki halda estetik əməliyyat üçün müraciət edən şəxsin piy toxumasından istifadə edirik. Həmçinin estetik əməliyyatlar zamanı gellərdən istifadə edilməsi məsləhətli deyil. Adətən, salonlarda maye silikon müxtəlif adlarla, ən çox da biopolimer adı ilə çox ucuz qiymətə satılır.

 

Xanımlar da dərhal dodaqlarını böyütmək üçün maye silikona müraciət edir. Halbuki, dünyada ondan istifadə edilməsi qadağan edilib. Salonlarda silikon vurdurmaq və vurmaq çox yanlış addımdır. Biz hialuron turşusundan istifadə edirik. Bu hər hansısa formada reaksiya vermir. Hətta, bu dolğu səhv vurulsa, belə 6 aya çəkildiyi üçün böyük problem yaratmır.

Bundan başqa, hialuron turşusundan başqa polilaktik və hidroksiapatit əsasında olan dolğu maddələri də var ki, bunlar ölkəmizə geniş formada gətirilmir. Ancaq xüsusi göstəriş əsasında QİÇS xəstəliyinə yoluxmuş insanlara vurulur. Bu da xəstənin üzü tez solduğu üçün üzə canlılıq effekti vermək üçündür”.

 

“Silikonların tərkibi niyə açıqlanmır?”

 

Həkim deyir ki, normalda silikonların tərkibi deyilmir.

 

“Məsələn, Coca-Cola firması öz məhsulunun tam tərkibini ictimaiyyətə açıqlamır. Bu tərkibi açıqlamaqla bağlı gərək beynəlxalq təşkilatın razılığı alınsın. Digər bir məqam da var. Neçə illər bundan qabaq gellərdən istifadə edənlər bu gün həmin gellərdən azad olmaq üçün bizə müraciət edirlər.Çünki gellər bir müddətdən sonra bədəndə reaksiyalara səbəb olur.

 

Ona görə də həmin gelləri çıxartmağı və gələcəkdə piy toxumalarını köçürtmək istədiklərini deyirlər. Amma piy toxumasının qorxusu yoxdur. Çünki orqanizmin öz toxumasıdı. Ondan problem yaranmaz. Qeyri-ixtisaslı kadrın bədənin hansısa nahiyyəsinə silikon vurması doğru deyil. Belə hallar baş verəndən sonra pasiyentlərdə allergiya halları baş verir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır