Modern.az

Merin bağladığı “26” kafesinin yerində nə açılacaq?  

Merin bağladığı “26” kafesinin yerində nə açılacaq?   

9 Oktyabr 2017, 13:29

Sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən “26” - “Twenty six” adlı kafe qapadılıb. Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü və iştirakı ilə bağlanan kafenin fəaliyyətinin “26 Bakı komisarı”nın adını daşıdığına görə dayandırıldığı bildirilirdi.


Kafenin bağlanması cəmiyyətdə birmənalı qarşılanmadı. Bakı merinin iddiası ilə razılaşmayanlar da oldu.

Ərazini həmin iaşə müəssisəsinə icarəyə verən Azərbaycan Yazıçılar Birliyini səlahiyyətli şəxsləri də kafenin “26 Bakı komissarı”nın adı ilə bağlı olmadığını deyərək,  etirazlarını bildirdilər.


Maraqlıdır, qapısı plomblanan kafenin yerində nə açılacaq? AYB bununla bağlı qərar veribmi?

Məsələ ilə bağlı Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza ilə əlaqə yaradıb:

“Hələ ki “26”lar kafesinin yerində nə açılacağı ilə bağlı heç bir qərar verilməyib. Həmçinin bununla əlaqədar  yaxın günlərdə də  hər hansı qərarın veriləcəyi  gözlənilmir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi