Modern.az

Rusiyada azərbaycanlı miqrantların sayı 40 min nəfər artıb - STATİSTİKA

Rusiyada azərbaycanlı miqrantların sayı 40 min nəfər artıb - STATİSTİKA

9 Oktyabr 2017, 15:11

Rusiya Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyası ölkədə yaşayan əmək miqrantlarının sayını açıqlayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Miqrasiya və əmək bazarı” adlı hesabatda 2017-ci il 1 yanvar tarixi üçün Rusiyada 555 min Azərbaycan vətəndaşının əmək miqrantı kimi fəaliyyətdə olduğu açlıqlanıb. Bu göstəricinin 2016-cı ilin analoji dövründə 40 min az – 515 min olduğu da qeyd edilib.

 

Rusiyada Belarus (686 min nəfər), Ukrayna (2,325 milyon nəfər), Qazaxıstan (568 min nəfər), Özbəkistan (1,975 milyon nəfər), Tacikistan (1,077 milyon nəfər), Qırğızıstan (677 min nəfər) və Ermənistan (518 min nəfər) miqrantları da var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi