Modern.az

AzTV görkəmli şairdən film çəkib

AzTV görkəmli şairdən film çəkib

Mədəni̇yyət

8 İyun 2011, 11:32

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də «Molla Pənah Vaqif» və «Tarixin izi ilə…Yaqub Mahmudov» sənədli televiziya filmlərinin istehsalı başa çatıb.

Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş filmdə onun taleyinin müxtəlif məqamları əks olunub. Filmdə şairin qoşmalarından, qəzəllərindən, müxəmməslərindən, məsnəvilərindən istifadə olunub. Çəkilişlər Qazax rayonunun Şıxlı və Salahlı kəndlərində aparılıb.

Azərbaycan Teleradio Verilişləri QSC-nin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ssenari müəllifi Əhməd Oğuz, rejissoru Namiq Ağayev, operatoru Elxan Rüstəmovdur.

Siyasi portret janrında çəkilən «Tarixin izi ilə…Yaqub Mahmudov» filmi əməkdar elm xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr olunub.
Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılıb. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb.

Ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.

Modern.az

           

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi