Modern.az

Araşdırmaçı Cəlaləddin Qasımov Tovuz dağlarında 8-ci şəlaləni tapdı - VİDEO  

Araşdırmaçı Cəlaləddin Qasımov Tovuz dağlarında 8-ci şəlaləni tapdı - VİDEO   

10 Oktyabr 2017, 14:10

“Tovuz dağlarında insan ayağı dəyməyən yerdə 8-ci şəlaləni aşkarladım”. Bu sözləri Modern.az saytına araşdırmaçı Cəlaləddin Qasımov bildirib.

Onun sözlərinə görə, çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək, bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb.

Xatırladaq ki, uzun illərdir Tovuz dağlarını tədqiq edən Cəlaləddin Qasımov bundan öncə insan ayağı dəyməyən ərazidə 7 şəlalə aşkarlamışdı.

Cəlaləddin Qasımov bildirib ki, şəlalələrin ən hündürü 35-40, ən kiçiyi isə 10 metr məsafədən tökülür. Dərin dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən tədqiqatçı 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana yetişib.

Şəlalə yerləşən ərazi sıldırım qayalıqlar əhatəsində olduğundan demək olar ki, bura insan ayağı dəyməyib. Elə yerli sakinlər də bu təbiət gözəlliyindən xəbərsiz olublar.

Cəlaləddin Qasımov tapdığı sonuncu – 8-ci şəlaləyə “Soltan şəlaləsi” adını verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?