17 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR: “Tarix İnstitutu da kitaba rəy verib!”  
Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR: “Tarix İnstitutu da kitaba rəy verib!”  
10.10.2017, 14:57

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub.

Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib.

Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. 

Aşkarlanmış səhv dərsliyi çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər.

Qeyd edək ki, qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Qalmaqallı dərsliyin müəlliflərdin biri – Kamran Əsədov məsələylə bağlı artıq öz mövqeyini mətbuatda ifadə edib.

 

Modern.az saytı dərsliyin digər müəlliflərinin də mövqeyini öyrənməyə çalışıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, kitabın müəlliflərindən olan Faiq Babayev saytımıza açıqlamasında deyib ki, internet səhifələrində xəritə ilə bağlı yanlışlığa yol verilib.

“Dərsliyin Azərbaycan və Gürcüstan variantında səhv yoxdur.  Ancaq “Armeniya” sözü rus variantında tərcüməçinin gözündən qaçıb. O söz xəritənin içində yanlış olaraq gedib. Digər bir məqam da var. İnternetdə yayımlanan xəritə tam deyil. Xəritənin bir hissəsidir. Görünür, bu, qərəzli şəkildə böyüdülüb. Kitabın həmin səhifəsinə baxsanızz, görərsiniz ki, aşağıda bənövşəyi rəngdə xətt verilib. Yazılıb ki, bu, Roma imperiyasının eramızın 116-cı ilinə aid olan ərazisidir. Həmin “Armeniya” yazılan hissədə müstəqil dövlət yoxdur. Roma İmperiyasının tərkibində bir əyalət kimi verilib. Dərslikdə qüsur olub. Təhsil Nazirliyi də  onu danmır. Əgər dansaydı, 7000 tirajla kitabı yenidən  çap etməzdi”.

 

Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin eksperti, kitabın redaktoru, korrektoru və kitabın  müəlliflərindən olan Niyaməddin Quliyev isə məsələyə daha kəskin reaksiya verib:

“Bu xəritə Roma İmperiyasının xəritəsidir. Həmin xəritə Azərbaycan dərsliklərində tədris olunub və X sinif dərsliklərində də verilib. Sadəcə olaraq, orada bütün əyalətlərin adı yazılmayıb. Rus versiyasında isə əyalətlərin bir neçəsinin adı yazılıb. Orada bədnam ölkənin adı yox, əyalətin adı göstərilib ki, o da Van gölü ətrafında verilib. Dərsliklə bağlı qalmaqal tarix fənnindən xəbərsiz, ixtisası kitabxanaçı olanların yaydığı söhbətlərdir. İkincisi isə rus versiyasında belə nöqsanın getməsinə əmin deyiləm. Dərslik Azərbaycan dilində yazılıb. Əgər öz dilimizdə Bakı yazırıqsa, rus dillində Baku yazılır. “Ərməniyyə” sözünün rus dilində necə getdiyini billmirəm. Hər halda, rus dilində “ə” hərfi yoxdur.

 Haqqımızda nələrsə yazanlardan daha artıq vətənimizi sevirik. Burada  nə dərslik, nə də hansısa xəritə söhbəti var. Bəllidir ki, bu kitabı yazan müəlliflərin heç biri mükafat almayıb. “İlin müəllimi” adını alanlar, dövlətdən nələrsə əldə edənlər ayağı büdrəyən kimi onun-bunun adına qara yaxmağa başlayır, nazirliyi günahlandırırlar…
Dərsliklər 2 ay ərzində ekspertlərin senzurasından keçir. Sonra Dövlət İmtahan Mərkəzində yoxlanır. Bu ekspertlər elə-belə adamlar deyil. Elmin ən yüksək yerində akademiya dayanır. AMEA-da Tarix İnstitutu var. Dərsliyə rəy almaq üçün onu 2 aylığa Tarix İnstitutuna təqdim ediblər. Bu qurumların heç birində vətənpərvər adamlar belə səhvi görmədi, amma kimlərsə nöqsan aşkarladı?!


Ciddi qurumların söz demədiyi dərsliyə kimsə söz deyir. Kitabın müəllifləri ilə üzbəüz oturub söhbət etsəniz, onların vətəni necə sevdiklərini görərsiniz. Görünür, əslini, kökünü gizlədib başqa işlər görmək istəyənlər var. Mənim rayonum işğal altındadır. Oturub ərazilərimizi erməninin ayağına yazıram?! Bunlar absurddur. Şagirdlərimə vətənpərliyi təbliğ edirəm. Bu cür məsələləri ortaya atıb insanları ləkələməsinlər. Biz o qədər imkanlı adamlar deyilik ki, kimlərləsə səs-səsə verək. Biz o imkanlı adamlara da bələdik, onların villalarının da sayını bilirik. Açıq deyirəm. Burada “dava yorğan davasıdır””.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Şükran Dədəyev
10.10.2017, 12:10

Axşamınız xeyir, məlum olur ki, kitabdakı xəta təbii xətadır, çünki müəlliflərin bu problemə münasibəti o qədər gülünc və hissiyyatsızdır ki, düşünürsən ki, bu cür şəxslər bu cür səhvləri edəndə ruhları belə inciməz. Üzr istəmək əvəzinə özləri bilmirlər nə danışırlar. Əgər elə ilk gündə Təhsil Nazirliyi cavabdeh şəxslərin adından xalqdan, dövlətdən üzr istəsəydi problem bu qədər aktuallaşmazdı. Amma digər qeyri-konstruktiv yola üstünlük verildi: müəlliflərə deyildi ki, qeyri-ciddi danışaraq fikirləri yayındırın. Müəllif ciddi dövlət qurumları adından da danışmağı unutmur və onun söylədiklərindən belə çıxır ki, ciddi dövlət qurumları onları və bu biabırçı xətanı dəstəkləyirlər. Tamamilə düz yanaşmadır. Əgər müəllifləri və digər cavabdeh şəxsləri Dövlət Təhlükəsizlik Xidmətinin "padvalına" salıb sorğu-sual etsəydilər onlar bu formada müsahibə verməzdilər. Doğrudan da çox qəribə vəziyyət yaranıb, niyə ciddi dövlət qurumları bu problemə münasibət bildirmirlər? Müəlliflər də xalqa "moizə" oxumaqda davam edirlər.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Azərkosmos” müstəqil qurum oldu
17.10.2017, 18:59

“Azərkosmos” müstəqil qurum oldu

Sumqayıtda İran vətəndaşını öldürən 5 nəfər saxlanıldı
17.10.2017, 18:54

Sumqayıtda İran vətəndaşını öldürən 5 nəfər saxlanıldı

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib
17.10.2017, 18:41

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu
17.10.2017, 18:33

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
17.10.2017, 18:21

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO
17.10.2017, 18:17

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu
17.10.2017, 17:51

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq
17.10.2017, 17:50

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
17.10.2017, 17:50

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi
17.10.2017, 17:36

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi
17.10.2017, 17:34

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü
17.10.2017, 17:28

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü

Dollar cüzi UCUZLAŞDI 
17.10.2017, 17:24

Dollar cüzi UCUZLAŞDI 

Vergi güzəştlərinin tətbiqi labüddür  
17.10.2017, 17:13

Vergi güzəştlərinin tətbiqi labüddür  

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI
17.10.2017, 17:05

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək
17.10.2017, 17:00

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək   
17.10.2017, 16:51

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək  

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ
17.10.2017, 16:42

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR
17.10.2017, 16:39

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub   
17.10.2017, 16:31

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub  

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
17.10.2017, 16:30

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər
17.10.2017, 16:14

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ   
17.10.2017, 15:53

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ  

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”
17.10.2017, 15:50

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”

Bakıda mənzildən qadın meyiti tapıldı   
17.10.2017, 15:44

Bakıda mənzildən qadın meyiti tapıldı  

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb
17.10.2017, 15:36

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi   
17.10.2017, 15:29

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi  

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”
17.10.2017, 15:17

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi
17.10.2017, 15:14

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib
17.10.2017, 15:03

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”   
17.10.2017, 14:47

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”  

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi
17.10.2017, 14:27

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı
17.10.2017, 14:15

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq
17.10.2017, 14:08

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib
17.10.2017, 14:07

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.67%)
“Azərişıq”(31.2%)
“Azərsu”(10.6%)
“Azəristiliktəchizat”(2.12%)
Heç biri(50.3%)