Modern.az

Parlament çoxdan gözlənilən qanunu qəbul edəcək

Parlament çoxdan gözlənilən qanunu qəbul edəcək

Parlament

10 Oktyabr 2017, 16:17

“Biz çalışdıq ki, Milli Məclisin payız sessiyasının gündəliyinə Rəqabət Məcəlləsini daxil edək. Dedilər ki, guya Prezident Administrasiyasında bu məsələyə baxılır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid əhmədov deyib.

 

Deputat bildirib ki, ona verilən məlumata görə, Rəqabət Məcəlləsi 2018-ci ildə parlamentin iclasının gündəliyinə daxil ediləcək.

“2018-ci ildə Azərbaycanda Rəqabət Məcəlləsi qəbul ediləcək. Rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Məcəlləqəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır.

 

Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”.

 

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi  iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar