Modern.az

“Buruna taxılan qızıl həlqədən imtina etmişəm...” – Brejnevdən ona irad tutanlara “tutarlı” cavab

“Buruna taxılan qızıl həlqədən imtina etmişəm...” – Brejnevdən ona irad tutanlara “tutarlı” cavab

10 Oktyabr 2017, 21:49

Hər dövlət başçısı siyasi fəaliyyəti ilə yanaşı, həm də hobbiləri, şakərləri, sevdiyi əyləncələri ilə də yadda qalır. Bu baxımdam 18 il SSRİ-nin sükanı arxasında əyləşən Leonid İliç Brejnev, hətta Ginnesin Rekordlar kitabına düşüb. Belə ki, Baş katib dünyanın ən çox mükafat alan adamı kimi buna nail olub. Mükafat almaq Brejnev üçün ən böyük əyləncə sayılıb.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Brejnev yağlı öpüşləri, avtomobillərə olan həvəsi, qadınlara qarşı məhəbbəti, ov şakəri ilə yanaşı, yaddaşlara həm də saysız-hesabsız mükafatları ilə həkk olunub.

Baş katibin mükafatlarının dəqiq sayını müəyyənləşdirmək Brejnevin həyatı və siyasi fəaliyyətini araşdıranlar üçün əməlli başlı müşkülə çevrilib. Təltiflərin sayının müxtəlif rəqəmlərlə əks olmaları da bunu bir daha sübut edir. Mükafatların sayı 114-dən başlayaraq 200-ə qədər göstərilir. Rəqəmlərin fərqli olmasına baxmayaraq araşdırmaçıların ortaya çıxardıqları faktlar çox maraqlıdır.

Maraqlı faktlardan biri odur ki, “Qəhrəman Ana” adından başqa Brejnev demək olar ki, bütün mükafatlarla təltif olunub.

Brejnev SSRİ-də yeganə dövlət xadimi olub ki, 5 dəfə Qızıl medalla, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı, 1 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Leonid İliçin mükafat kolleksiyasında SSRİ-nin aşağıdakı ən yüksək ordenləri yer alıb:

8 “Lenin” ordeni;

“Qələbə” ordeni;

2 “Oktyabr İnqlabı” ordeni;

2 “Qırmızı Bayraq” ordeni;

1-ci dərəcəli “Vətən müharibəsi” ordeni;

2-ci dərəcəli “Boqdan Xmelintski” ordeni;

“Qızıl Ulduz” ordeni.

 

Kolleksiyanın digər tərəfini SSRİ-nin yüksək medalları bəzəyib:

“Döyüş xidmətlərinə görə” medalı;

“Odessanın müdafiəsinə görə” medalı;

“Qafqazın müdafiəsinə görə” medalı;

“Varşavanın azad edilməsinə görə” medalı;

“Vyananın azadlığına görə” medalı;

“1941-1945 illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı;

“1941 – 1945 illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə” medalı;

“Cənub qara metallurgiya müəssisələrinin bərpası uğrunda” medalı;

“Leninqradın 250 illik yubileyinin xatirə” medalı;

“Kiyevin 1500 illik yubileyinin xatirə” medalı;

“SSRİ Silahlı Qüvvələrinin 40 illiyi” medalı;

“SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” medalı;

“SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” medalı;

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” medalı;

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalı;

“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı.

 

Leonid İliçin SSRİ “məhsulları” olan digər mükafatları da olub. Baş katib Lenin mükafatına layiq görülüb. Onu “Mauzer” tipli fəxri silah, üzərində SSRİ-nin dövlət gerbi həkk olunmuş fəxri qılıncla da sevindiriblər. Bununla yanaşı qızıl və brilyant daşlarla işlənilmiş Sovet İttifaqının Marşalı rütbəsi də Brejnevə hədiyyə olunub.

Brejnev SSRİ-nin bu “səxavəti” ilə kifayətlənə bilməyib. O, Argentinanın, Əfqanıstanın, Bolqarıstanın, Macarıstanın, Vyetnamın, Almaniyanın, İndoneziyanın, Yəmənin, Koreyanın, Kubanın, Monqolstanın, Perunun, Polşanın, Rumıniyanın, Finlandiyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın ən ali mükafatlarını da öz kolleksiyasına daxil etməyə imkan tapıb.

Brejnev sevimli “oyuncaqlar”ını kitelə taxanda kitelin çəkisi 6 kiloqrama çatıb. Təbii ki, o mükafatların yalnız çox kiçik bir qismini kitelin üzərinə yerləşdirə bilib.


SSRİ-də elə mükafat olub ki, onu yalnız Brejnev üçün təsis ediblər. 1981-ci ilin oktyabr ayında Leonid İliçin Kommunist Partiyası sıralarına daxil olmasının 50 illiyi tamam olanda ona “Sovet İttifaqı Kommunist Partiyasında 50 il” fəxri nişanı təltif olunub.

Maraqlı faktlardan biri odur ki, təkcə 75 illik yubileyində Brejnev 8 xarici dövlətin 13 ali mükafatını alıb.

Yaxın ətrafı Brejnevə hədsiz dərəcədə mükafat həvəskarı olmağı ilə bağlı gəzən söz-söhbət haqqında məlumat verəndə Leonid İliç bu fikirdə olanlara çox tutarlı bir cavab verib:

“Heç kim elə düşünməsin ki, mən mükafat həvəskarıyam. Məsələn, mən bu yaxınlarda Mavritaniya dövlətinin ən ali mükafatı olan buruna taxılan qızıl həlqədən imtina etmişəm...”

Ən böyük mükafatı isə Leonid İliçə zaman verdi, onun bu mükafatlardan hansına layiq olub-olmadığını üzə çıxardı...

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?